"Günəşli" platformasının yaxınlığında sudan meyit çıxarılıb

"Günəşli" platformasının yaxınlığında sudan meyit çıxarılıb
11:05 11 Noyabr 2016
106 Ölkə
Ölkə mətbuatı
A- A+

Xəzərin "Dərinsulu Günəşli" platformasının yaxınlığında sudan meyit çıxarılıb.

Milli,Az bildirir ki, "BP-Azerbaijan" şirkətindən Trend-ə verilən məlumata görə, "Azəri-Çıraq-Günəşli" yataqlar blokunun işlənməsi layihəsinin əməliyyatçısı olan BP dərin təəssüf hissi ilə bildirir ki, "Dərinsulu Günəşli" platformasının yaxınlığında dəniz dibindən meyit çıxarılıb.

Meyit sahilə gətirilib və müvafiq hüquq-mühafizə orqanlarına təhvil verilib.

Xatırladaq ki, noyabrın 8-i səhər saatlarında Xəzərin "Dərinsulu Günəşli" platformasındakı qazma podratçısının bir işçisi itkin düşüb.

Milli.Az

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR