"Tramp, mənim prezidentim deyilsən!" - ABŞ bayraqlarına od vuruldu - FOTO

"Tramp, mənim prezidentim  deyilsən!" - ABŞ bayraqlarına od vuruldu - FOTO
11:05 11 Noyabr 2016
120 Maraqlı
Ölkə mətbuatı
A- A+

ABŞ-da keçirilmiş prezident seçkilərində Donald Trampın qələbəsinə etiraz edənlər yenə aksiyalar keçiriblər.

Milli.Az ABC-yə istinadən bildirir ki, Oreqon ştatındakı Portlend şəhərində minlərlə amerikalı küçələrə çıxaraq "Tramp, mənim prezidentim deyilsən!" qışqırıblar.

Vaşinqtonda isə etiraz aksiyası zamanı tələbələr ABŞ bayrağını yandırıblar.

İnsident Kolumbiya dairəsindəki Amerika Universitetində yaşanıb.

Kampusa yığışmış yüzlərlə tələbə "Qaraların həyatı da önəmlidir", "İrqçiliyi dayandıraq!" və "İslamofobiyaya qarşı mübarizə apar!" şüarları yazılmış plakatları tutmuşdular. Bir qrup qaradərili tələbə ABŞ bayrağını yandıraraq "Rədd olsun ağdərili Amerika!" qışqırıb.

Universitet rəhbərliyi tələbələrin siyasi baxışlarını izhar etmək hüquqlarını dəstəkləyib: "Bəzən gənclərin reaksiyaları emosionaldır, amma onların aksiyaları həmişə dinc çərçivədədir. ABŞ bayrağının yandırılmasına haqq qazandırmırıq, amma bu aksiya söz azadlığının nümayişidir".

Trampa qarşı etiraz aksiyaları Nyu-York, Vaşinqton, Los-Anceles, Filadelfiya, Portlend, Riçmond, Siettl şəhərlərində də keçirilib. 40 nəfər həbs olunub.

Milli.Az


























































Xəbərin orijinal ünvanı: http://news.milli.az/interest/488338.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR