Maaş ala bilməyən müəllimlərə ŞAD XƏBƏR

Maaş ala bilməyən müəllimlərə ŞAD XƏBƏR
11:22 11 Noyabr 2016
1179 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakının bir sıra rayonlarında müəllimlərin maaşı gecikdirilir.

Milli.Az bildirir ki, bu barədə məlumatı qafqazinfo-ya paytaxtda fəaliyyət göstərən bir neçə təhsil müəssisəsində işləyən müəllimlər deyiblər. Onlar hələ də ötən ayın maaşını ala bilmədiklərini söyləyiblər.

Məsələylə bağlı "Qafqazinfo" Təhsil Nazirliyinə sorğu göndərib. Nazirlikdən cavab olaraq bildirilib ki, növbəti iki gün ərzində bu problem öz həllini tapacaq:

"2016-2017-ci tədris ili üzrə sinif və şagird kontingenti barədə məlumatların emalı prosesi başa çatan bütün təhsil müəssisələrində çalışan müəllimlərin əməkhaqqı onların bank hesablarına köçürülüb. Növbəti iki gün ərzində digər müəllimlərin əməkhaqqı da onların bank hesablarına köçürüləcək".

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/country/488404.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR