Azərbaycan-Rusiya sərhədində tıxac yaranıb, yük maşınları buraxılmır

Azərbaycan-Rusiya sərhədində tıxac yaranıb, yük maşınları buraxılmır
11:27 11 Noyabr 2016
127 Ölkə
Ölkə mətbuatı
A- A+

Qusar. 11 noyabr. REPORT.AZ/ Azərbaycan-Rusiya sərhədində, Qusar rayonunda yerləşən "Samur" gömrük buraxılış məntəqəsində tıxac yaranıb.  Bunu "Report"un Şimal bürosunun müxbirinə Xaçmaz Gömrük İdarəsinin "Samur" buraxılış məntəqəsinin rəis müavini Cavid Nadirov bildirib. 
Rəis müavinin sözlərinə görə, Rusiya Federasiyasına keçmək istəyən yük maşınlarının qonşu ölkənin gömrük məntəqəsindən buraxılmaması Azərbaycan tərəfdə sıxlıq yaradıb: "Sıxlıq əsasən mövsümlə bağlıdır. Ötən gün Rusiya tərəfinə 150 yük maşını yola salınıb. Hazırda  "Samur" gömrük buraxılış məntəqəsinin qarşısında Rusiya tərəfinə keçmək üçün növbə gözləyən "TIR"-ların sayı 200-ə çatıb".

C.Nadirov qeyd edib ki, buraxılış məntəqəsində yaranan sıxlıqla bağllı Rusiya tərəfinin gömrükçüləri ilə mütəmadi danışıqlar aparılır: "Təqribən bir saatdan sonra Azərbaycan  və Rusiya gömrükçülərinin görüşü baş tutacaq. Bunun üçün müvafiq danışıqlar aparılıb. Problem də aradan qaldırılacaq".







Xəbərin orijinal ünvanı: https://report.az/hadise/azerbaycan-rusiya-serhedinde-tixac-yaranib-qonsu-olke-yuk-masinlari-buraxmir-foto

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR