Rusiyada qadın azərbaycanlı ərindən xilas olmaq üçün özünü binadan atıb

Rusiyada qadın azərbaycanlı ərindən xilas olmaq üçün özünü binadan atıb
23:27 5 Yanvar 2015
162 Sosial
Ölkə mətbuatı
A- A+

Sankt-Peterburqun Nevski rayon sakini 45 yaşlı azərbaycanlı ərindən xilas olmaq üçün özünü binanın mənzilindən aşağı atıb.

"Report" Rusiya mətbuatına istinadən xəbər verir ki, insident yanvarın 5-də təqribən saat 01.40 radələrində, Narodnaya küçəsi, ev 59-da baş verib.

Qadın ağır vəziyyətdə xəstəxanaya çatdırılıb.

Məlum olub edib ki, kişi evə sərxoş gəlib və dava salıb. O, həyat yoldaşını dəfələrlə döyüb. Lakin bu dəfə qadın ondan pəncərədən tullanmaqla xilas olmağa çalışıb.

Həmyerlimiz polis tərəfindən saxlanılıb. Kişi o qədər sərxoş olub ki, həyat yoldaşının yaşını və adını deyə bilməyib.

Milli.Az

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR