Məhkəmə Telman İsmayılovu sevindirdi

Məhkəmə Telman İsmayılovu sevindirdi
11:43 11 Noyabr 2016
Ölkə mətbuatı
A- A+

Azərbaycan əsilli milyonçu Telman İsmayılova məxsus “Mardan Palace”nin icra yoluyla reallaşdırılan satış tenderi Antaliya VI İcra Hüquq Məhkəməsi tərəfindən ləğv edilib.

Publika.az xəbər verir ki, bu barədə otelin müdüri Çətin Pəhləvan açıqlama verib. O deyib ki, Türkiyə turizminin böyük problemlərlə üz-üzə qaldığı 2016-cı ildə “Mardan Palace” böhran yaşayıb:

“Apardığımız mübarizə nəticəsində Antaliya VI İcra Hüquq Məhkəməsi satış tenderinin ləğvi üçün açılan iddianı təmin etdi”.

İqtisadiyyat şöbəsi

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR