Rza Zərraba 75 il həbs istəyən prokurordan ağır tələb

Rza Zərraba 75 il həbs istəyən prokurordan ağır tələb
11:47 11 Noyabr 2016
89 Dünya
Ölkə mətbuatı
A- A+

ABŞ-da həbs edilən Azərbaycan əsilli iş adamı Rza Zərrab haqqında ittiham aktını hazırlayan prokuror Prit Bharara daha dörd nəfər barəsində cinayət işinin açılmasını tələb edib.

Milli.Az azvision.az-a istinadən xəbər verir ki, barələrində cinayət işi açılan şəxslər türk, eyni zamanda İran vətəndaşları olan Həbibullah Zarei, Nesteren Zarei, Bora Dəniz, Abdullah Evren Erdemdir. 

Adları çəkilən şəxslər İrana qarşı tətbiq olunan iqtisadi sankisiyalara məhəl qoymamaqda təqsirləndirilirlər. Məhkəməyə təqdim olunan sənəddə qeyd olunub ki, onlar İran şirkətləri vasitəsi ilə qiymətli metallardan əldə etdikləri 100 milyon dolları Amerika bankları ilə İrana yönəldiblər.

"Onlar sankiyaların tələblərini pozaraq qanunsuz pul dövriyyəsi həyata keçirməyə çalışıblar. Həmin şəxslər barəsində ən yüksək cəzalar tətbiq edilməlidir", - deyə P. Bharara qeyd edib. 

Xatırladaq ki, Rza Zərrab ABŞ-ın Mayami şəhərində həbs olunub. 33 yaşlı milyarder İrana tətbiq olunan sanksiyaları pozaraq ABŞ-ı aldatmaqda, bank saxtakarlığı və çirkli pulların yuyulmasında ittiham olunur. 

Martın 19-da tutulan R.Zərrab barəsində Mayami məhkəməsi tərəfindən həbs qərarı çıxarılıb. Onunla birlikdə Kamelya Cəmşidi və Hüseyn Nəcəfzadə adlı iki İran vətəndaşı da həbs olunub. Bu ittihamlara görə R.Zərraba 75 il həbs cəzası istənilir.

Milli.Az

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR