Azərbaycan-Rusiya sərhədində tıxac yaranıb, yük maşınları buraxılmır - FOTO

Azərbaycan-Rusiya sərhədində tıxac yaranıb, yük maşınları buraxılmır - FOTO
11:52 11 Noyabr 2016
37 Ölkə
Ölkə mətbuatı
A- A+

"Azərbaycan-Rusiya sərhədində, Qusar rayonunda yerləşən "Samur" gömrük buraxılış məntəqəsində tıxac yaranıb".  

Milli.Az bildirir ki, bunu report-a Xaçmaz Gömrük İdarəsinin "Samur" buraxılış məntəqəsinin rəis müavini Cavid Nadirov deyib. 

Rəis müavinin sözlərinə görə, Rusiya Federasiyasına keçmək istəyən yük maşınlarının qonşu ölkənin gömrük məntəqəsindən buraxılmaması Azərbaycan tərəfdə sıxlıq yaradıb: "Sıxlıq əsasən mövsümlə bağlıdır. Ötən gün Rusiya tərəfinə 150 yük maşını yola salınıb. Hazırda  "Samur" gömrük buraxılış məntəqəsinin qarşısında Rusiya tərəfinə keçmək üçün növbə gözləyən "TIR"-ların sayı 200-ə çatıb".

C.Nadirov qeyd edib ki, buraxılış məntəqəsində yaranan sıxlıqla bağllı Rusiya tərəfinin gömrükçüləri ilə mütəmadi danışıqlar aparılır: "Təqribən bir saatdan sonra Azərbaycan  və Rusiya gömrükçülərinin görüşü baş tutacaq. Bunun üçün müvafiq danışıqlar aparılıb. Problem də aradan qaldırılacaq".

Milli.Az








Xəbərin orijinal ünvanı: http://news.milli.az/incedent/488413.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR