Azərbaycan və Gürcüstanda keçiriləcək Avropa çempionatının tarixi dəqiqləşdi

Azərbaycan və Gürcüstanda keçiriləcək Avropa çempionatının tarixi dəqiqləşdi
11:52 11 Noyabr 2016
111 İdman
Ölkə mətbuatı
A- A+

Azərbaycan və Gürcüstanın birgə təşkil edəcəyi qadın voleybolçular arasında AÇ-2017-in keçiriləcəyi tarix dəqiqləşib.

Milli.Az apasport.az-a istinadən xəbər verir ki, yarış sentyabrın 20-də start götürəcək.

12 gün davam edəcək çempionatın qalibinin adına isə oktyabrın 1-də aydınlıq gələcək.
 
Qeyd edək ki, noyabrın 24-də Heydər Əliyev Mərkəzində turnirin püşkü atılacaq. Tədbirdə bir sıra federasiya rəsmilərinin də iştirakı gözlənilir. Mərasimdən sonra isə mətbuat konfransı olacaq.
 
Avro-2017-də Gürcüstanda cəmi 1 qrupun oyunları və 1/4 final matçları baş tutacaq. Digər 3 qrup - biri Göygöldə, ikisi Bakıda olmaqla, Azərbaycanda mübarizə aparacaq. Çempionatın həlledici qarşılaşmaları - yarımfinal və final oyunları da paytaxtımızda gerçəkləşəcək.
 
Yarışa 16 komanda qatılacaq. Bunlar ev sahibləri Azərbaycan və Gürcüstanla yanaşı, Avro-2015-in mükafatçıları - Rusiya, Hollandiya və Serbiya, həmçinin ilk "beşlik"də qərarlaşan Türkiyə və Almaniya yığmalarıdır. II seçmə mərhələdə onlara İtaliya, Belçika, Polşa, Xorvatiya, Bolqarıstan və Belarus, pley-offda isə Çexiya, Ukrayna və Macarıstan da qoşulub.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/sport/488393.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR