Bankların indiki seçimi: pulu kimə verirlər?

Bankların indiki seçimi: pulu kimə verirlər?
11:58 11 Noyabr 2016
Ölkə mətbuatı
A- A+

Bu ilin doqquz ayında banklar 16785,1 milyon manat kredit veriblər. Kreditlərdə ev təsərrüfatlarının payı üstünlük təşkil edib.

Publika.az xəbər verir ki, banklar tərəfindən ayrılan kreditlərin 36,9 faizi ev təsərrüfatlarına təqdim edilib. İlin əvvəlində bu rəqəm 38 faiz olub. Ümumilikdə isə son 3 ildə istehlak kreditlərinin həcmi 40 faiz təşkil edib. Yəni banklar biznes, kənd təsərrüfatı, daşınmaz əmlak sektorundan daha çox əhaliyə kredit verməkdə maraqlı olublar.

Məsələn, hesabat dövründə kənd təsərrüfatına ayrılan kreditlərin portfeldə payı cəmi 2,4 faiz olub. Daşınmaz əmlakın tikintisinə və alınmasına (ipoteka krediti daxil olmaqla) 1650,5 milyon manat kredit verilib. Bu da ümumi kredit portfelində həmin kreditlərin xüsusi çəkisinin 9,8 faiz olması deməkdir.

Nəzərə çatdıraq ki, bankların istehlak kreditləri (ev təsərrüfatlarına verilən kreditlər) son illər azalsa da, kredit portelində üstünlüyə malikdir. Statistika Komitəsinin məlumatına görə, bu gün vətəndaşların gəlirlərinin 2,6 faizi kreditlər üzrə faizlərin ödənilməsinə sərf edilir.

İqtisadiyyat şöbəsi


Xəbərin orijinal ünvanı: http://publika.az/news/gundem/175526.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR