Bakı yaxınlığında DƏHŞƏT: Maşın 3 nəfərin üstündən keçdi

Bakı yaxınlığında DƏHŞƏT: Maşın 3 nəfərin üstündən keçdi
12:05 11 Noyabr 2016
39 Ölkə
Ölkə mətbuatı
A- A+

Daxili İşlər Nazirliyi Aşağı Güzdəkdə baş vermiş ağır yol qəzası ilə bağlı məlumat yayıb.

Milli.Az DİN-ə istinadən xəbər verir ki, noyabrın 10-da saat 13 radələrində Abşeron rayonunun Aşağı Güzdək qəsəbəsində müəyyən edilməmiş avtomobillə yolu keçən qəsəbə sakinləri Samirə Şəkərəliyeva, Ramil Xəlilov və Hökməli qəsəbə sakini Əliağa Əliyev vurulublar. Onlar xəstəxanaya yerləşdiriliblər və Ə.Əliyev orada ölüb.

Abşeron RPİ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən "Dacia" markalı avtomobilin  sürücüsü, Müşviqabad qəsəbə sakini Ağaşah Məmmədəliyev saxlanılıb.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/country/488418.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR