Xəstəxanada İNTİHAR: Xərçəng xəstəsi özünü 5-ci mərtəbədən atdı

Xəstəxanada İNTİHAR: Xərçəng xəstəsi özünü 5-ci mərtəbədən atdı
12:08 11 Noyabr 2016
280 Ölkə
Ölkə mətbuatı
A- A+

Ağır xəstəlikdən əziyyət çəkən kişi Bakıda müalicə olunduğu xəstəxananın 5-ci mərtəbəsindən özünü ataraq intihar edib.

Milli Onkologiya Mərkəzində müalicə olunan Yevlax rayon sakini 1955-ci il təvəllüdlü Arif Əliyev özünü xəstəxananın 5-ci mərtəbəsindən yerə atıb.

Ağır xəsarət alan A.Əliyev orada ölüb.

Məlumata görə, o, xərçəng xəstəliyindən əziyyət çəkdiyində görə xəstəxanaya yerləşdirilib. Güclü ağrılara dözməyən A.Əliyev intihar edib.

Faktla bağlı Yasamal Rayon Prokurorluğunda araşdırma aparılır. (report)

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR