"Huffington Post": ""İsgəndər" raketlərinin Ermənistana tədarükü regionda nüvə təhlükəsini artırır"

"Huffington Post": ""İsgəndər" raketlərinin Ermənistana tədarükü regionda nüvə təhlükəsini artırır"
12:12 11 Noyabr 2016
134 Ölkə
Ölkə mətbuatı
A- A+

Rusiyanın "İsgəndər" raketlərinin Ermənistana çatdırılması regionda nüvə təhlükəsini artırır.

Milli.Az Trend-ə istinadən bildirir ki, bu barədə ABŞ-ın "Huffington Post" qəzetində dərc olunan məqalədə deyilir.

Məqalədə qeyd olunur ki, "İsgəndər"lər həm nüvə başlıqlı, həm də adi döyüş başlıqlı ola bilər. Ermənistanın isə nüvə silahı düzəltmək üçün potensialı var.

Məqalə müəllifi bu il ərzində bir sıra erməni liderlərinin nüvə silahı barədə açıqlamalar verdiyini bildirib. Müəllif yazır ki, bu ilin martında istefada olan general Arkadi Ter-Tadevosyan Ermənistanın böyük dağıntılara səbəb ola biləcək silah üzərində işlədiyini demişdi.

Məqalədə müəllif bu fəaliyyətin region üçün təhlükəli olduğunu bildirir:

"Ermənistanın nüvə silahına sahib olması barədə məlumatların doğru çıxması region üçün böyük təhlükəyə səbəb ola bilər. "İsgəndər"lərin alınması ilə Ermənistan öz təhlükəsizliyini təmin etməyi planlaşdırırdısa, əslində isə bu, əks-təsir bağışlayır".

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/incedent/488425.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR