"Kapital Bank" stimullaşdırıcı lotereya keçirir

"Kapital Bank" stimullaşdırıcı lotereya keçirir
12:17 11 Noyabr 2016
Ölkə mətbuatı
A- A+

Bakı. 11 noyabr. REPORT.AZ/ "Kapital Bank" ASC “Xəzri” təcili pul köçürmələri sistemi üzrə “Xəzri pul gətirəcək” adlı stimullaşdırıcı lotereya keçirir. “Xəzri” sistemi ilə pul göndərən müştərilər, avtomatik olaraq lotereya iştirakçısına çevrilirlər.
"Report"un Banka istinadən verdiyi xəbərə görə, lotereyada hər göndərilən 100 manat 1 şansa bərabərdir. Gələn il fevralın 10-dək davam edəcək aksiya ərzində 150 müştərinin hər biri 100 manat, sonda isə bir müştəri 1 000 manat qazanacaq.
“Xəzri” vasitəsilə pul köçürmələri etmək çox rahat və sərfəlidir. Cəmi 5 dəqiqə ərzində hesab açmadan həm ölkə daxilində, həm də xarici ölkələrə pul göndərmək əlverişlidir. Köçürmələrə görə minimum 0,8%-dən başlayan komissiya haqqı tutulur. Müştərilər ölkədaxili göndərilən pul vəsaitini 24 saat ərzində "Kapital Bank" bankomatlarından komissiyasız nağdılaşdıra bilərlər", - deyə məlumatda qeyd olunub.
Qeyd edək ki, "Ata Bank", "AFB Bank" və "Bank VTB (Azerbaijan)" bu sistemə qoşulan tərəfdaşlar sırasındadır. Müştərilər bu bankların filiallarında da “Xəzri” vasitəsilə köçürmələri həyata keçirə bilərlər.

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR