Bakıda bir ailənin üç üzvü dəm qazından zəhərlənib

Bakıda bir ailənin üç üzvü dəm qazından zəhərlənib
12:17 11 Noyabr 2016
100 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı. 11 noyabr. REPORT.AZ/ Qaradağ rayonunda bir ailənin 3 üzvü dəm qazından zəhərlənib.
"Report" xəbər verir ki, hadisə rayonun Müşviqabad qəsəbəsi, ev 4 A ünvanında baş verib. 
Belə ki, 1992-ci il təvvəllüdlü Xalidə Əhmədova, onun qızı, 2012-ci il təvəllüdlü Məleykə Əhmədova və X.Əhmədovanın bacısı 18 yaşlı Şəfaqət Məsiyeva evdə dəm qazından zəhərlənib.
Hər üç şəxs 1 saylı Şəhər Klinik Xəstəxanasına yerləşdirilib. Həkimlər onların vəziyyətini orta-ağır kimi qiymətləndiriblər. 
Faktla bağlı araşdırma aparılır.

Xəbərin orijinal ünvanı: https://report.az/hadise/bakida-1-ailenin-3-uzvu-dem-qazindan-zeherlenib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR