Rusiyanın tanınmış musiqiçiləri Muğam Mərkəzində çıxış edib

Rusiyanın tanınmış musiqiçiləri Muğam Mərkəzində çıxış edib
12:36 11 Noyabr 2016
52 Şou
Ölkə mətbuatı
A- A+

Noyabrın 10-da Beynəlxalq Muğam Mərkəzində Rusiyanın tanınmış musiqiçiləri, beynəlxalq müsabiqələr laureatı “Sib-Duo” qrupunun konserti olub.

Axşam.az Azərtac-a istinadən xəbər verir ki, qrupun solistləri Bakıya ilk dəfə gəldiklərini və çıxış etdiklərini söyləyiblər. Konsertdə barokko və klassik musiqilər ifa edəcəklərini deyiblər.

“Dünya Kuboku” və “Dünya Trofeyinin” qalibi olan “Sib-Duo” qrupunun təməli dörd il bundan öncə Aleksandr Sirotkin və Andrey Bityutskix tərəfindən qoyulub. Qrup Rusiya, Almaniya, Avstriya, Fransa, İtaliya, Çexiya və Çində keçirilən böyük musiqi forum və festivallarında iştirak edib. “Sib-Duo” dörd il ərzində müxtəlif proqramlarla yüzlərlə konsertin iştirakçısı olub. Konsertlərdə qrupu Avropa və Rusiyanın tanınmış musiqi kollektivləri - simfonik və kamera orkestrləri, Rusiya xalq çalğı alətləri orkestrləri müşayiət edib. “Sib-Duo” qrupunun repertuarına dünya və rus musiqisi, estrada və caz janrından nümunələr və xalq mahnılarının xüsusi işləmələri daxildir.

Qrupun Bakıda təqdim etdiyi konsert proqramı maraqla qarşılanıb.

Qeyd edək ki, “Sib-Duo” qrupunun noyabrın 11-də Rusiyanın İnformasiya-Mədəniyyət Mərkəzində dinləyicilərlə görüşü olacaq.


Xəbərin orijinal ünvanı: http://axsam.az/?name=xeber&news_id=60924

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR