Türkiyə prezidenti Belarusda rəsmi səfərdədir

Türkiyə prezidenti Belarusda rəsmi səfərdədir
12:37 11 Noyabr 2016
95 Dünya
Ölkə mətbuatı
A- A+

Bakı. 11 noyabr. REPORT.AZ/ Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Belarusda rəsmi səfərdədir.
“Report” BelTA-ya istinadən xəbər verir ki, Minskin Milli Hava Limanında onu Belarusun baş naziri Andrey Kobyakov qarşılayıb.
Məlumata görə, Minskin Müstəqillik Sarayında Türkiyə prezidentinin belaruslu həmkarı Aleksandr Lukaşenko ilə görüşü keçiriləcək. Prezidentlər iki ölkə arasında əməkdaşlığın inkişafına dair məsələləri ətraflı müzakirə edəcəklər. 
Eyni zamanda, Rəcəb Tayyib Ərdoğanla Aleksandr Lukaşenko Türkiyə-Belarus biznes forumuna qatılacaq.
Bundan başqa, dövlət başçılarının iştirakı ilə Minskdə məscidin təntənəli açılışı olacaq. Qeyd edək ki, 1890-cı ildə həmin yerdə tikilən məscidi 1962-ci ildə dağıdıblar. 2014-cü ildə məscidin inşasına başlanılıb. 
Hazırda Belarusda 100 minə yaxın müsəlman yaşayır. 



Xəbərin orijinal ünvanı: https://report.az/region/turkiye-prezidenti-belarusda-resmi-seferdedir

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR