İki gün öncə avtomobilin vurduğu piyada öldü

İki gün öncə avtomobilin vurduğu piyada öldü
12:52 11 Noyabr 2016
57 Ölkə
Ölkə mətbuatı
A- A+

Göyçay rayonunda avtomobil qəzasında ağır xəsarət alan 77 yaşlı piyada vəfat edib. 

Milli.Az APA-ya istindən bildirir ki, iki gün öncə Göyçay-Ucar avtomobil yolunun 1-ci kilometrliyində Göyçay rayonunun Potu kənd sakini, 1939-cu il təvəllüdlü Güləhməd Cavadov mağazadan çıxıb yolu keçərkən hərəkətdə olan 23-BB-244 dövlət nömrə nişanlı "VAZ 2107" markalı minik avtomobili onu vurub.
 
Müxtəlif dərəcəli bədən xəsarətləri alan G. Cavadov Göyçay Rayon Mərkəzi Xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilib. Həkimlərin səylərinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb.
 
Faktla bağlı Göyçay Rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır.    

Xatırladaq ki, iki gün öncə saat 11:30 radələrində Göyçay-Ucar avtomobil yolunun 1-ci kilometrliyində rayonun Potu kənd sakini, 1939-cu il təvəllüdlü Güləhməd Cavadov mağazadan çıxıb yolu keçərkən "VAZ 2107" markalı minik avtomobili onu vurmuşdu.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/country/488440.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR