Baş həkimin müavini: "Nəzarətsiz şəkərli diabet xəstələrində əməliyyat zamanı problemlər ortaya çıxır"

Baş həkimin müavini: "Nəzarətsiz şəkərli diabet xəstələrində əməliyyat zamanı problemlər ortaya çıxır"
13:02 11 Noyabr 2016
58 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı. 11 noyabr. REPORT.AZ/ "Hazırda dünyada 2 milyarda yaxın insanın çəkisi normadan artıqdır. Bu da həmin insanlarda bir çox xəstəliklərin yaranmasına gətirib çıxarır. Bunlardan biri də II tip şəkərli diabet xəstəliyidir". 
"Report" xəbər verir ki, bunu Akademik M.Mirqasımov adına Respublika Klinik Xəstəxanası baş həkiminin cərrahiyyə işləri üzrə müavini Elmir Əsgərov deyib.
Onun sözlərinə görə, II tip şəkərli diabet xəstələrində xəstəlik əsasən artıq çəkidən əmələ gəlir: "Dünyada belə xəstələrə bariatrik və metabolik cərrahiyyə tətbiq edilir. Bu da ən çox ABŞ-da istifafə olunur. Çünki ABŞ-da bəzi hallarda ölümə səbəb olan artıq çəkidən əziyyət çəkən insanlar çoxdur. Azərbaycanda da belə əməliyyatlar icra edilir. Yəni artıq çəkidən əziyyət çəkən insanlara mədə kiçiltməsi və metabolik cərrahiyyə həyata keçiririk".
E.Əsgərov bildirib ki, nəzarətsiz şəkərli diabet xəstələri ilə bağlı əməliyyat zamanı problemlər ortaya çıxa bilər: "Onlar insulindən asılı, nəzarətsiz, qanda şəkəri 400-500-ə yüksələn xəstələrdir. Onların yaralarında müəyyən problemlər əmələ gəlir. Nəzarət altında olan xəstələrin əməliyyatla bağlı hər hansı problemi yoxdur. Onlar normal insanlar kimi əməliyyat oluna bilirlər".
Baş həkimin müavini vurğulayıb ki, mədə kiçiltməsi əməliyyatının aparılması üçün Ümumdünya Səhiyyə Təşkilatının tövsiyə etdiyi tibbi göstərişlər var: "Bədən-vücud kütlə indeksi 35 kq-dan çox və yanaşı xəstəliyi olan, yaxud vücud kütlə indeksi 40 kq/ m2 dən çox olduqda əməliyyat üçün birbaşa göstəriş olur. Amma bu əməliyyatlar edilərkən xəstənin psixoloji durumu, başqa ağır xəstəliklərinin olması nəzərə alınır".

Xəbərin orijinal ünvanı: https://report.az/sehiyye/nezaretsiz-sekerli-diabet-xestelerinde-emeliyyat-zamani-problemler-ortaya-cixir

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR