İlham Rəhimovun kitabı Çini fəth etdi - FOTO

İlham Rəhimovun kitabı Çini fəth etdi - FOTO
13:18 11 Noyabr 2016
Ölkə mətbuatı
A- A+

Azərbaycanın əməkdar hüquqşünası, hüquq elmləri doktoru, professor İlham Rəhimovun “Cinayət və cəzanın fəlsəfəsi” adlı kitabı Pekində nəşr olunub.

Publika.az
xəbər verir ki, kitabın Çində nəşr edilməsi çinli hüquqşünasların təşəbbüsü ilə baş tutub. Çin dilinə tərcümə olunmuş bu kitab təkcə Azərbaycanda deyil, dünyanın bir sıra ölkələrində də oxucular tərəfindən maraqla qarşılanıb.
Nəfis üslubda nəşr olunmuş kitabda cinayət hüququnun təməl problemlərindən bəhs olunur. Müəllif cinayətin mənbəyinə və səbəblərinə, eləcə də cəzanın məzmununa fəlsəfi mövqedən yanaşıb. Kitab hüquq fakültələrinin müəllimləri, aspirantlar və tələbələr, eləcə cinayət hüququ sahəsində ixtisaslaşmış hüquq-mühafizə orqanları işçiləri, nəzəriyyəçilər üçün nəzərdə tutulub. Nəşrdən həmçinin, sosioloqlar, psixoloqlar və cinayətkarlıqla mübarizənin aparılmasına maraq göstərən hər kəs yararlana bilər.
Xatırladaq ki, professor İlham Rəhimovun “Cinayət və cəzanın fəlsəfəsi” adlı kitabı türk, ingilis, italyan, yəhudi və bolqar dillərində də çap olunub.

Publika.az


Xəbərin orijinal ünvanı: http://publika.az/news/art/175539.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR