BMT "Ərəb baharı"nın vurduğu ziyanın məbləğini açıqladı

BMT "Ərəb baharı"nın vurduğu ziyanın məbləğini açıqladı
13:27 11 Noyabr 2016
67 Dünya
Ölkə mətbuatı
A- A+

BMT-nin Qərbi Asiya üçün İqtisadi və Sosial Komissiyasının apardığı araşdırmalar nəticəsində məlum olub ki, 2011-2015-ci illərdə "Ərəb baharı" ucbatından Yaxın Şərqdə iqtisadi artıma 614 milyard dollar və ya region üzrə ÜDM-in 6 faizi həcmində ziyan dəyib.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, "BBC News" agentliyinin verdiyi məlumata görə, bu hesablamalar üçün ərəb ölkələrində iqtisadi artımın 2011-ci ilə qədər aparılmış proqnozlarından istifadə edilib, çünki ərəb ölkələrində kütləvi etirazlar və hakimiyyət orqanları ilə vətəndaşlar arasında silsilə münaqişələr məhz həmin vaxtdan başlanıb, nəticədə regiondakı dörd ölkədə rejim dəyişdirilib, Liviya, Suriya və Yəməndə müharibələr baş verib.

İlk dəfədir ki, həmin ziyanın həcmi nüfuzlu beynəlxalq təşkilat tərəfindən qiymətləndirilib. Bununla bərabər, hesablamalar zamanı dolayı effektlərdən - qaçqın axını, əməkçi miqrantların pul köçürmələrinin azalması, turizm biznesində tənəzzül kimi amillərdən də istifadə edilib.

Məruzə müəllifləri qeyd edirlər ki, etirazlar nəticəsində hakimiyyətin dəyişdiyi ölkələrdə yeni liderlər bu nümayişlərə gətirib çıxarmış problemlərin öhdəsindən gələ bilməyiblər.

Milli.Az 


Xəbərin orijinal ünvanı: http://news.milli.az/world/488450.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR