Hillari Klinton meşəyə çəkildi

Hillari Klinton meşəyə çəkildi
13:33 11 Noyabr 2016
97 Dünya
Ölkə mətbuatı
A- A+

Prezident seçkilərində məğlub olan ABŞ-ın keçmiş dövlət katibi Hillari Klinton seçkilərdən sonra ilk dəfə görünüb.

Publika.az “RİA-Novosti” agentliyinə istinadən xəbər verir ki, Nyu-York ştatının sakinlərindən biri meşə gəzintisi zamanı təsadüfən Klintonla qarşılaşıb.

Qadının sözlərinə görə, o, Klintonun ərini - ABŞ-ın keçmiş prezidenti Bill Klintonu tanıyıb və yalnız sonra anlayıb ki, onun yanındakı Hillaridir.

“O, məni qucaqladı. Klinton çox qonaqpərvər idi”, - qadın qeyd edib.

Ömər Dağlı


Xəbərin orijinal ünvanı: http://publika.az/news/dunya/175542.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR