"İradə mənim canımdır"

"İradə mənim canımdır"
13:37 11 Noyabr 2016
179 Şou
Ölkə mətbuatı
A- A+

Bu gün müğənni İradə İbrahimovanın qızı İpəyin ad günüdür.
 
Axşam.az-ın məlumatına görə, İpəyi vizajist xalası Nigar İbrahimova təbrik edib. 

Təəssüratlarını sosial şəbəkədə yazan N.İbrahimova bunları qeyd edib:

"11.11.2010 tarixi ailəmiz üçün çox sevindirici bir gün oldu. Mələk üzlü İpəyimiz dünyaya gəldi. Xala səni təbrik edir, nur üzlüm. Allahdan sənə sağlam olmağı, atalı-analı böyüməyi, yarıyan bəxtinin olmağını diləyirəm. Atanın, ananın fəxri olasan.

Doğulmağın, böyüməyin, ilk cümlələrin kino lenti kimi gözümün önündədir. Doğru deyirlər ki, bacı balası insanın canından bir parçadır. Sənin ağıllı, dürüst, şərəfli anan, siz övladları üçün çox şeyi fəda edən İradə mənim canımdır. Yanında olub yanağından, əlindən öpə bilməsəm də, ürəyim sizin yanınızdadır. Bu yaş günündə ilk təhsilin sənə uğurlu olsun".

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/showbiz/488431.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR