Mehriban Xanlarova BİABIR ETDİ: “Onu yerində otuzdurub, sonra da…”

Mehriban Xanlarova BİABIR ETDİ: “Onu yerində otuzdurub, sonra da…”
13:48 11 Noyabr 2016
895 Şou
Ölkə mətbuatı
A- A+

Əməkdar artist, tanınmış aktrisa Mehriban Xanlarova “özlərinə hörmət etməyən” məşhurlara qəzəblənib.

Publika.az-a açıqlama verən aktrisa son vaxtlar bir çox məşhurların canlı verilişlərdə aparıcıların nazı ilə çox oynadıqlarından əsəbiləşdiyini deyib:

“Baxırsan canlı yayımdır, aparıcı qonağı ilə kefi istədiyi kimi davranır, onu təhqir edir. Məşhur qonaq da oturub gözünü döyə-döyə onun təhqirlərinə qulaq asır və heç bir reaksiya vermir. Özünə hörmət edən nəinki sənət adamı, istənilən insan həmin vaxt verilişi yarımçıq qoyub, studiyanı tərk etməlidir. Heç bir aparıcıya ixtiyar verilməyib ki, etik normaları aşsın və qonağını təhqir etsin. Şəxsən mən nəinki təhqir, hətta xoşuma gəlməyən xırda bir məqam da olsa, həmin an o aparıcını yerində otuzdurub, biabır edib, sonra da studiyanı tərk edərəm”.

Cəvahir


Xəbərin orijinal ünvanı: http://publika.az/news/magazin1/175537.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR