“Rəqibin sürprizlərə imza atması məni heyran edir” – Evans

“Rəqibin sürprizlərə imza atması məni heyran edir” –  Evans
13:57 11 Noyabr 2016
55 İdman
Ölkə mətbuatı
A- A+


Şimali İrlandiya millisinin müdafiəçisi Conni Evans bu gün DÇ-2018-in seçmə mərhələsi çərçivəsində qarşılaşacaqları Azərbaycan yığması ilə duel ərəfəsində yerli mətbuata danışıb.


Fanat.Az xəbər verir ki, İngiltərənin “Vest Bromviç” klubunda çıxış edən futbolçu bunları söyləyib: “Uzun müddətdir ki, birlikdə uzun uğurlu yol gəlmişik. Rəqibi yaxşı tanıyırq. Baş məşqçimiz Azərbaycan kimi komandalara necə qalib gəlməli olduğumuzu deyib. Rəqibin sürprizlərə imza atması məni heyran edir. Biz dramatik bir matç gözləyirik. Azərbaycan bu tskildə hər şeyin ən yaxşısını edir. Onlar qrupda lazım olan yerdə oturublar. Əminəm ki, sabah da seçmə mərhələyə başladılqarı kimi oyun oynayacaqlar”. 


Evans millimizlə DÇ-2014-ün seçmə mərhələ oyunlarındakı duelləri də yada salıb: “İlk oyunda çətinliklə bərabərliyə nail olmuşduq. Oynadığımız oyunun fonunda nəticə bizi məyus etmişdi. Düşünürəm ki, bugünki görüş tamamilə fərqli olacaq. Rəqibə oynamağa imkan verməməliyik. Əgər xal itirsək, bunu faciə saya bilərik. Həmçinin evdə belə bir matçda uduzsaq və ya heç-heçə etsək, DÇ-2018-in final mərhələsinə getmə ümidlərimiz də çox azalacaq. Demək olar ki, xəyallarımız puç olacaq”.


 



Xəbərin orijinal ünvanı: http://fanat.az/xeber-rqibin-surprizlr-imza-atmas-mni-heyran-edir-t54068.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR