Aprel döyüşlərində ağır yaralanan ermənilərin qaniçən komandiri öldü - VİDEO

Aprel döyüşlərində ağır yaralanan ermənilərin qaniçən komandiri öldü - VİDEO
13:57 11 Noyabr 2016
484 Ölkə
Ölkə mətbuatı
A- A+

Erməni polkovnik Samvel Ovsepyan 9 noyabr tarixində dünyasını dəyişib.

Milli.Az baku.ws-ə istinadən bildirir ki, "Admiral" ləqəbi ilə tanınan erməni hərbçinin vəziyyəti hələ "Dördgünlük müharibə" zamanı pisləşib. 
 
Ermənistan KİV-i yazır ki, polkovnik guya ağciyər xərçəngindən vəfat edib. Ancaq onun qızğın döyüşlər zamanı ağır yaralandığı güman edilir.  
 
Erməni polkovnik Samvel Ovsepyan Qarabağ döyüşlərində azərbaycanlı mülki vətandaşlara qarşı vəhşilikləri ilə seçilirdi. Onun komandanlığı altında erməni yaraqlıları Kəlbəcər və Ağdam istiqamətində döyüşüblər. Vəhşilikləri ilə dünyaya "səs salan" erməni polkovnik Qarabağda döyüşən erməni terrorçuların komandiri olub. Aprel döyüşlərində Ordumuzun sərt cavab tədbirləri zamanı ölümcül yaralanıb.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/incedent/488480.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR