"Novosti-Azərbaycan" agentliyinin direktoru "Rossotrudniçestvo"nun fəxri nişanı ilə təltif edilib

"Novosti-Azərbaycan" agentliyinin direktoru "Rossotrudniçestvo"nun fəxri nişanı ilə təltif edilib
14:17 11 Noyabr 2016
Ölkə mətbuatı
A- A+

"Novosti-Azərbaycan" agentliyinin direktoru Gülnarə Məmmədzadə Rusiyada mükafata layiq görülüb.

Milli.Az Trend-ə istinadən bildirir ki, noyabrın 9-da Moskvada xaricdə yaşayan həmvətənlər və Beynəlxalq Humanitar Əməkdaşlıq üzrə Federal Agentliyinin ("Rossotrudniçestvo") təşkilatçılığı ilə "MDB-nin 25 illiyi: qarşılıqlı anlaşma, əməkdaşlıq, inkişaf" mövzusunda Açıq Beynəlxalq Forum öz işinə başlayıb. Forumda MDB-nin 25 illik yubileyi münasibətilə mükafatlar təqdim olunub.

Forumun işində iştirak edən G.Məmmədzadə Azərbaycan ilə Rusiya arasında əlaqələrin inkişafına töhfəsinə görə "Rossotrudniçestvo"nun fəxri nişanı ilə təltif edilib.

G.Məmmədzadə forum çərçivəsində bildirib: "10 il qabaq "Novosti-Azərbaycan" və "RİA Novosti" agentliklərinin layihəsi ilk birgə media meydançası oldu. Bu gün artıq Avrasiya səviyyəsində gələcək əməkdaşlığın inkişaf etdirilməsi üçün böyük bazamız var".

Qeyd edək ki, media aləmində öz yeri olan "Novosti-Azərbaycan" agentliyinin bu il 10 yaşı tamam olur.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/culture/488493.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR