Qüdrət Həsənquliyev: “Belələri işdən azad edilməlidir”

Qüdrət Həsənquliyev: “Belələri işdən azad edilməlidir”
14:28 11 Noyabr 2016
92 Ölkə
Ölkə mətbuatı
A- A+

“Burada məndən əvvəl çıxış edənlər də Bakı şəhərində yaşıllıqların yaradılması və qorunmasının nə dərəcədə çətin olduğunu bildirdi. Biz də bu vəziyyəti bilirik”.

Bunu millət vəkili Qüdrət Həsənquliyev Milli Məclisdə İnzibati Xətalar və Cinayət Məcəlləsinə dəyişikliklərə bağlı qanun layihəsinin müzakirəsi zamanı deyib.

Deputat bildirib ki, Bakıda oksigen çatışmazlığı var və bu, daha çox yaşıllıqlarla bağlıdır: “Yaşıllıqları öz gələcəyimiz, övladlarımız üçün qorumaq lazımdır. Yaşıllıqların məhv edilməsinin qarşısını almayan vəzifəli şəxslər İnzibati Xətalar Məcəlləsinə əsasən, 1000 manat cərimə edilir. Məncə, bu az miqdardır. Hesab edirəm ki, buna yol verən şəxslər işdən azad edilməlidir. Bizdə onsuz da cəza tədbirlərindən biri kimi işdən azad etmə mövcuddur”.

Q.Həsənquliyev əlavə edib ki, Cinayət Məcəlləsinə əsasən, belə hallara yolverən şəxs cəzalandırlır: “Hesab edirəm ki, alternativ cəza olmamalıdır. Gələcəkdə də dəyişiklik edəndə nəzərə almalıyıq ki, vəzifəli şəxs qanunu pozursa, o, işdən azad edilməlidir. Əks halda nəticə olmayacaq. Mən dəyişikliklərə səs verəcəyəm”. (teleqraf.com)


Xəbərin orijinal ünvanı: http://publika.az/news/nida/175551.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR