Türkiyənin “Cümhuriyet” qəzetinin baş direktoru tutulub

Türkiyənin “Cümhuriyet” qəzetinin baş direktoru tutulub
14:47 11 Noyabr 2016
39 Dünya
Ölkə mətbuatı
A- A+

Bakı. 11 noyabr. REPORT.AZ/ Türkiyənin “Cümhuriyet” qəzetinin baş direktoru Akın Atalay tutulub.
“Report” "Haber-7"yə istinadən xəbər verir ki, son günlər Almaniyada olan A.Atalay ölkəyə qayıdan zaman İstanbulun hava limanında saxlanılıb.
Polis onun hava limanını tərk etməsinə imkan verməyib. 
Qeyd edək ki, Türkiyənin hüquq-mühafizə orqanları noyabrın 5-də “Cümhuriyet” qəzetinin rəhbərliyi və yazarlarına qarşı əməliyyat keçirib. Onlar PKK-KKC (terrorçu PKK qruplaşması və “Kürdüstan İctimaiyyəti İttifaqı" - “Report”) və Fətulahçı Terror Təşkilatı (FETÖ) - “Report” ) terrorçu qruplaşmaları ilə əməkdaşlıq etməkdə və onların xeyirinə təbliğat aparmaqda ttiham olunurlar. 
"Cümhuriyet" qəzeti 1924-cü il mayın 7-dən etibarən gündəlik nəşr olunur. Qəzetin adını Türkiyə Cümhuriyyətinin banisi Mustafa Kamal Atatürk qoyub.



Xəbərin orijinal ünvanı: https://report.az/region/turkiyenin-cumhuriyet-qezetinin-bas-direktoru-tutulub

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR