“O killer yenə gələcək...” – "Lotu Quli"nin adı Rusiya siyasətində – Səbuhi MƏMMƏDLİ YEKATERİNBURQDAN YAZIR

“O killer yenə gələcək...” – "Lotu Quli"nin adı Rusiya siyasətində – Səbuhi MƏMMƏDLİ YEKATERİNBURQDAN YAZIR
15:19 11 Noyabr 2016
2751 Digər
Ölkə mətbuatı
A- A+

“Gecə saat 3-ün yarısıydı. Evə gəlirdim. Binanın blokuna yaxınlaşmışdım ki, hənirti eşitdim. Geri çevriləndə gördüm, bir cavan oğlan əlində tapança, mənə tərəf tuşlayıb. Bəxtimdən tapança açılmadı. Blokun qapısını açıb özümü içəri sala bildim. Adam isə qaçdı. İşıq düşdüyündən killerin sifətini yaxşı yadımda saxlamışdım”.


 

Bunu Lent.az-ın əməkdaşına əslən Ağdam rayonunun Mərzili kəndindən olan Feyruz Şirinov danışır. Yekaterinburqda, elə həmin binanın qarşısında siqareti bir-birinə calaya-calaya. Amma Feyruz baş verənlərlə bağlı polisə müraciət etmir. Evə gəlir, baş verənləri həyat yoldaşına danışır. Killerin əlamətlərini də deyir: “160-165 sm boyunda, arıq biriydi, idman paltarında. Azərbaycanlı olduğuna isə şübhəm yoxdur”.


 

Heç kimlə düşmənçiliyi yox imiş Feyruzun. Başını aşağı salıb kiçik biznesiylə məşğul imiş. Amma kimlərsə və nədənsə ona dava açmaq niyyətindəymiş.


 

Baş verənlərdən sonra Feyruz kriminal keçmişi olan bir neçə tanışı ilə məsləhətləşir. Feyruza elə beləcə də deyirlər: “O killer yenə gələcək. Özü də yaxın günlərdə”.


 

Və həmin killer 8 gündən sonra yenidən Feyruzun yaşadığı Yekaterinburq şəhəri, Şartaş qəsəbəsi Telefonnıy küçəsində peyda olur…


 

***


 

Bu və bundan sonra baş verənlərə qayıdacağıq. Və dəyərli oxucudan çox xahiş edərdik, Lent.az-ı izləsin. Çünki Feyruzun başına gələnlər triller filmlərini xatırladır və Hollivud belə ssenariylə film çəkməyib hələ.

 

İndi isə bir qədər keçmişə qayıdaq. Elə bu sualın cavabı kimi: Yekaterinburq kriminal şəhərdimi?


 

***


 

İndilikdə qismən də olsa, sakitlikdi bu şəhərdə. Amma… Amma 90-cı illərin ortalarında Yekaterinburq Uralmaş mafiyasının əlində əsir-yesir idi. Və bu mafiya qafqazlıları, xüsusən də azərbaycanlıları heç sevməzdi. Bu kriminal qruplaşma, özlərini “uralmaşlılar” adlandırırdı. Təsadüfi deyildi. Qruplaşma şəhərin Orcenikidze rayonunda yaranmışdı. Bu rayonda isə nəinki bu şəhərin, bütün SSRİ-nin ən böyük sənaye müəssisələrindən olan Ural Maşınqayırma zavodu yerləşirdi. Qruplaşma da adını bundan götürmüşdü.

Qruplaşmanı Qriqori və Konstantin Sıqanov qardaşları yaratmışdı. Sonradan tanınmış qanuni oğrulara və killerlərə çevriləcək Serqey Terentyev, Aleksandr Xabarov, Serqey Kurdymov (killerin briqadiri), Serqey Vorobyov, Aleksandr Kruk, Andrey Panpurin və İqor Mayevski də bu qruplaşmada əsas söz sahibiydilər. Onların hamısı eyni küçədən, məhəllədən olan dostlar idi. Məşhur “Briqada” filmi yadınızdadırmı? Hə, daha betəri. Orda filmin qəhrəmanı Duma deputatlığı uğrunda mübarizə aparırdı. Bunlar az qala qubernator təyin edirdilər, həmyerliləri Yeltsinin prezident seçkilərinə dəstək verirdilər.

Sıqanov qardaşlarından Qriqori naməlum killer tərəfindən qətlə yetiriləndən sonra “Uralmaş”çılar qisas andı içmişdi. İş o yerə çatmışdı ki, “uralmaş”çılar sağ qalan digər qardaş Konstantinin başçılığı altında nəinki Yekterinburqu, az qala bütün Ural regionunu əllərinə almışdılar. Və… Və az qala bütöv bir onillik ərzində regionun kriminal həyatına heç kimi buraxmamışdılar. Konstantin Sıqanovu hətta bir dəfə tutmuşdular da. Amma cəmi bir həftə saxlaya bilmişdilər. Bir-iki rezonanslı qətldən sonra o, azadlığa buraxılmışdı. Sonradan Avropaya köçmüş, qruplaşmanı oradan idarə etmişdi.


 

 

***


 

Şəhərdə isə onun sağ əli Aleksandr Xabarov sayılırdı. Bu həmin Xabarov idi ki, yerli qubernator Eduard Rosselin yenidən seçilməsinə dəstək vermişdi. Daha sonra, yəni 1996-cı ildə Boris Yeltsinin namizədliyini dəstəkləmək üçün “Yeltsinə dəstək naminə fəhlə hərəkatı”nı yaratmışdı. Xabarov özü də bir qədər irəli getmiş, Yekaterinburq şəhər Dumasının deputatı seçilmişdi. “Uralmaş” düz 2004-cü ilə kimi Yekaterinburqu əlində saxlayır. Və bir gün...


 

***


 

Elə həmin ilin 15 sentyabrında Xabarova xəbər verirlər ki, Moskvadan gələnlər var, “sxodka” olacaq. Xabarov təmkinlə gələnlərin kim olduğunu soruşur. Məlum olur ki, qafqazlılardır. Və aralarında kimlər var? Aslan Usoyan (“Ded Xasan”), azərbaycanlı Mamed, Yaponçikin uşaqları…

 

Xabarov sxodkaya getmir. Xəbər göndərir ki, necə gəliblərsə, eləcə də getsinlər, Yaponçikə, xüsusən də qafqazlılara burada yer yoxdur. Üstündən vur-tut 3 ay keçəndən Aleksandr Xabarov həbs edilir. Və ən dəhşətlisi isə odur ki, düz bir il keçəndən sonra Aleksandr Xabarovun meyiti asılmış vəziyyətdə təcridxana kamerasında tapılır.


 

Ən əsası, bundan bir ay sonra qafqazlı kriminal elementlər Yekaterinburqa rahat şəkildə gələ bilirlər. Nəticədə yenidən əmlak bölgüsü və nəzarət sahələrinin bölüşdürülməsi başlayır.


 

***


 

Yekaterinburq azərbaycanlı icmasının ən çox məskunlaşdığı şəhərlərdəndir. Diaspora təşkilatıyla, irili-xırdalı iş adamlarıyla, ziyalılarıyla, hətta konsulluğuyla. Amma eyni zamanda kriminal elementləriylə də. Düzdür, bizimkilər səsli-küylü kriminallara meylli deyillər, amma məişət səviyyəsində cinayətlərlə özlərindən söz etdirə bilirlər.
 

“Maxnevoya buralarda “kiçik Azərbaycan” deyirlər əslində. Çünki çox adam yaşayır bizim millətdən burada. Ağac kəsirlər, spirt satırlar, mağazaları və kafeləri var. Amma bu o demək deyil ki, ağıllarına gələni etməlidirlər. Məsələn, biri travmatik tapançadan cavan bir uşağı güllələmişdi. Amma ona gözün üstə qaşın var deyən olmadı. Polis saxladı, iki saat sonra buraxdı. Bizimkilərin ən ağır cinayətləri belə olur yəni. Və ən əsası çox vaxt özümüzünkülərə qənim kəsilirlər”. Bunu Cəlil deyir bizə. Və onu da deyir ki, yerli kriminaldan çox, Azərbaycanın özündən belə burada baş verənlərə müdaxilə edənlər var. Məsələn?

 

Cavabı qısaca oldu: “Məsələn “Quli”...”


 

Hə, niyə məhz “Quli” və necə?


 

Sən demə, 2013-cü ildə Yekaterinburq meri postu uğrunda seçkiləri “Narkotiklərsiz şəhər” ictimai birliyinin sədri, yerli hakimiyyətə müxalifətdə olan Yevgeni Royzman udub.

 

Bülletenlərin 100 faizinin sayılmasından sonra elan edilib ki, Royzman Sverdlovsk vilayətinin vitse-qubernatoru, hakim Vahid Rusiya Partiyasının nümayəndəsi Yakov Silini bir neçə faiz səslə üstələyir.


 

Deyəcəksiz bunun bizə nə dəxli? Tələsməyin. Demək, Yekaterinburqda mer seçkilərinə bir neçə gün qalmış, yerli OMON əksəriyyəti azərbaycanlılardan ibarət olan 50-yə yaxın kriminal avtoritetin iştirak etdiyi “sxodka”nı dağıdıb. Toplantıda iştirak edənlər saxlanılıb, məlum olub ki, “sxodka”ya yığışanlar “Ded Xasan”ın qohumu, onun qruplaşmasını idarə edən yezidi kürd Timur Mirzoyevin adamlarıdır. Saxlanılanların bir neçəsi axtarışda olduqları üçün barələrində həbs qərarı seçilib. “Ded Xasan”ın tərəfdarı olan “Lotu Quli”nin İlqar adlı adamı isə “profilaktik söhbət”dən sonra azad olunub və tələsik Bakıya gəlib.

 

Hüquq-mühafizə orqanlarından bildiriblər ki, bu “sxodka”da mer seçkiləri, konkret olaraq Y.Royzmanın qələbəsinin təmin edilməsi müzakirə olunmalı idi.

 

Bundan əvvəl ORT telekanalında yayımlanan “Moment istinı” verilişində Royzmanın kriminalla əlaqələrinə dair kompromatlar yayımlanıb. Məlum olub ki, Y.Royzmanla T.Mirzoyev arasında telefon danışığı olub və həmin söhbətdə seçkilər müzakirə olunub. Həmçinin Rusiya mediası yazıb ki, Royzman bir neçə ay əvvəl yerli Ura.ru portalının redaktoru ilə birlikdə Bakıya səfər edərək yerli kriminal avtoritetlərlə mer seçkiləri ilə bağlı müzakirə aparıb. Və Bakıda bildirilib ki, “Lotu Quli” ona dəstək verəcək. “Quli”nin timsalında isə Yekaterinburqdakı azərbaycanlılar…


 

Çox mararalı məqama gəlib çıxdıq, eləmi? Regionda əmlak bölgüsü başlayır, düzdümü?

Və yazının əvvəlində söhbət açdığımız qəhrəmanımıza qayıdacağıq. Sizə də məlum olacaq ki...


 

Səbuhi MƏMMƏDLİ,

 

Yekaterinburq

 

 

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Ölkə mətbuatında bugün »

Kamran Əliyev: "Korrupsiya qarşı mübarizə təkcə dövlət sektorunu deyil, özəl sektoru da əhatə edir"

22 Sentyabr 2017 11:47

İlham Əliyev Sənaye Parkının açılışında iştirak edib

22 Sentyabr 2017 11:46

Appaturay Bakıya gələcək

22 Sentyabr 2017 11:44

O, təyyarədə motal pendiri yedi

22 Sentyabr 2017 11:43

Komitə sədri İraqda qalan uşaqların ölkəyə gətirilməsi ilə bağlı məsələyə münasibət bildirib

22 Sentyabr 2017 11:42

Elmar Məmmədyarov Nyu Yorkda bir sıra ölkələrin XİN başçıları ilə görüşüb

22 Sentyabr 2017 11:42

Zakir Həsənov səhra komanda məntəqəsi parkının açılışında - FOTO

22 Sentyabr 2017 11:38

Arvadı ilə birgə başına min oyun açılan DİKTATOR: indi hamı onu İSTƏYİR - VİDEO

22 Sentyabr 2017 11:38

Mübariz Qurbanlı: "Aşura tədbirləri Qafqaz Müsəlmanları İdarəsinin fətvasına uyğun keçiriləcək"

22 Sentyabr 2017 11:37

"Elektron hökumət" portalına daha 3 elektron xidmət əlavə olundu

22 Sentyabr 2017 11:35

Ən etibarlı brauzerlər müəyyənləşib

22 Sentyabr 2017 11:35

Keçmiş MTN generallarının məhkəməsi davam etdirilir

22 Sentyabr 2017 11:32

Azərbaycan və Qazaxıstanın gənclər təşkilatları memorandum imzalayıblar

22 Sentyabr 2017 11:32

Ukraynada Azərbaycan əsilli kriminal avtoritetlər saxlanılıb

22 Sentyabr 2017 11:32

Məşhur aktyor Azər Axşam Metbuat.az-ın qonağıdır

22 Sentyabr 2017 11:31

Milli Məclisdə erməni deputatların iştirakı ilə

22 Sentyabr 2017 11:30

Azərbaycanın Auditorlar Palatası Rusiyanın Auditorlar İttifaqı və Estoniyanın Auditorlar Assosiasiyası ilə əməkdaşlıq edəcək

22 Sentyabr 2017 11:27

Müdafiə naziri hərbi təyinatlı obyektlərin açılışında iştirak edib

22 Sentyabr 2017 11:27

AFFA-nın cibdə atılan püşkü

22 Sentyabr 2017 11:27

Azərbaycanlıların bazasına polis basqın: onlarla şəxs saxlanıldı

22 Sentyabr 2017 11:24

Bakı: Evdən qaçan 22 yaşlı gəlin tapıldı

22 Sentyabr 2017 11:22

Qapını sındırıb evə girdilər, kirayənişini döyüb pul apardılar

22 Sentyabr 2017 11:19

Kim Çen In Trampı HƏDƏLƏDİ: “Tarixin ən sərt...”

22 Sentyabr 2017 11:18

Xələf Xələfov: “Avropa İttifaqı münaqişə ilə bağlı qətiyyətli mövqe ortaya qoymalıdır”

22 Sentyabr 2017 11:17

ADIF-in keçmiş rəhbəri “Finance Leasing”dəki payını satıb

22 Sentyabr 2017 11:17

“Rusiyadan raket sistemi alsaq da...”

22 Sentyabr 2017 11:17

Səməd Səmədov: "O it balalarını bağışlamışam" - VİDEO

22 Sentyabr 2017 11:14

"Ala, dibilsən? Çıxaruğ şəhərə, bir az mırt tutaruğ"

22 Sentyabr 2017 11:14

Erməni deputatlar Milli Məclisdə

22 Sentyabr 2017 11:09

NATO Baş Katibinin Xüsusi Nümayəndəsi Azərbaycana gələcək

22 Sentyabr 2017 11:07

ABŞ səfiri: “Qlobal enerji təhlükəsizliyi baxımından ABŞ Azərbaycanın əhəmiyyətini yüksək qiymətləndirir”

22 Sentyabr 2017 11:07

"Roma"nın ulduzu "Qarabağ"la oyuna gəlməyəcək

22 Sentyabr 2017 11:07

“GUAM-ABŞ Birgə Bəyannaməsi” qəbul edildi: "Ərazi bütövlüyünə sadiqlik"

22 Sentyabr 2017 11:04

Bakıda yataqxana yandı

22 Sentyabr 2017 11:03

BANM tələbələri beynəlxalq forumda iştirak ediblər

22 Sentyabr 2017 11:02

FOTO: Bakıda oğlan elə bir köynək geyindi ki...

22 Sentyabr 2017 11:00

Satıcı mağazada qəfil öldü - BAKIDA

22 Sentyabr 2017 10:59

Şimali İraqdakı referendumla bağlı ortaq mövqe

22 Sentyabr 2017 10:59

Özcan Dənizin sevgilisi 2 aylıq hamilədir...

22 Sentyabr 2017 10:56

Türkiyə üçün XAİN TƏLƏ: Onlar “Mehmetcik”lə döyüşə GÖNDƏRİLDİ

22 Sentyabr 2017 10:53

Nə olduğu məlum deyil, lakin...

22 Sentyabr 2017 10:53

Azərbaycan güləşçisi hərbçilər arasında dünya çempionatında bürünc medal qazanıb

22 Sentyabr 2017 10:52

Yataqxanadakı yanğınla bağlı

22 Sentyabr 2017 10:50

"Xeyr, ərim 400 manat maaş alır, mənim isə..."

22 Sentyabr 2017 10:49

Bir gecədə dünyanın ən varlı qadını oldu - 33,3 milyard dollar sərvəti var

22 Sentyabr 2017 10:48

Sevr müqaviləsi DİRİLİR, İrəvan HƏRƏKƏTƏ KEÇİR: “Kürdüstan”ın Azərbaycana yaratdığı BÖYÜK TƏHLÜKƏ

22 Sentyabr 2017 10:48

Qubada 26 yaşlı kişi intihar edib

22 Sentyabr 2017 10:47

Bakıda Avronest PA çərçivəsində konfrans başlayıb

22 Sentyabr 2017 10:47

Azərbaycan, Rusiya, İran prezidentlərinin görüşü keçiriləcək

22 Sentyabr 2017 10:44

”Bank Respublika” Dövlət Gömrük Komitəsini məhkəməyə verib

22 Sentyabr 2017 10:42