Vergilər naziri Göygöldə vətəndaşları qəbul edib

Vergilər naziri Göygöldə vətəndaşları qəbul edib
15:22 11 Noyabr 2016
Ölkə mətbuatı
A- A+

Bakı. 11 noyabr. REPORT.AZ/ Vergilər naziri Fazil Məmmədov Göygöl rayonunda Göygöl, Gəncə, Samux, Goranboy və Daşkəsən rayonlarından olan vətəndaşlar üçün qəbul keçirib. Bu barədə "Report"a Vergilər Nazirliyindən bildirilib.
Məlumata görə, qəbulda Vergi Məcəlləsinə edilmiş son dəyişikliklər, vergilərin hesablanması, ödənilməsi, əmək müqavilələrin bağlanması, vergi borcları, vergi nəzarəti tədbirləri sahəsində sahibkarların qarşılaşdıqları problemlər, əmək haqqı fondundan ödənilən icbari ödənişlər, vergi ödəyicilərinə göstərilən xidmətlər, vergi orqanlarına işə qəbul, yerli (bələdiyyə) vergilərin toplanması prosesində rast gəlinən müxtəlif çətinliklər və digər məsələlərlə bağlı vətəndaşların müraciətlərinə baxılıb.
Qəbul zamanı qaldırılan problemlərin əksəriyyəti yerindəcə həll olunub, müraciətlərin bir qismi nəzarətə götürülüb, digərlərinin araşdırılması və lazımi tədbirlərin görülməsi ilə bağlı müvafiq tapşırıqlar verilib.

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR