Bu resursların istifadəsindən xeyli vəsait əldə etmək olar

Bu resursların istifadəsindən xeyli vəsait əldə etmək olar
15:57 11 Noyabr 2016
42 Ölkə
Ölkə mətbuatı
A- A+

Azərbaycanda teleradio yayımı fəaliyyətini dövlət təhlükəsizliyi ilə bağlı xüsusi icazə tələb olunan fəaliyyətlər siyahısına daxil etmək istəyirlər. Bu məqsədlə Milli Məclisdə "Lisenziyalar və icazələr haqqında" Qanuna dəyişikliklər müzakirəyə çıxarılıb. Bu da İnformasiya təhlükəsizliyi, milli təhlükəsizliklə əlaqələndirilir. Düşünürəm ki, bunun üçün, efir məqsədilə nəzərdə tutulan tezliklərdən istifadənin daha da sərtləşdirilməsinə elə də ciddi əsaslar yox idi.

Milli.Az  xəbər verir ki, bunu "Multimedia" İnformasiya Sistemləri Texnologiyaları Mərkəzinin direktoru, Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz bildirib.

Onun sözlərinə görə, onsuz da, mövcud qanunvericilikdə teleradio yayımında dövlətə məxsus olan tezliklərdən istifadə ilə bağlı, bunun təhlükəsizlik tərəfi ilə əlaqədar yetərincə müddəalar vardı. Ekspert hesab edir ki, güman ki bu addım, rəqəmsal yayıma keçiddən sonra xeyli sayda efir tezliklərinin boşalacağı ilə bağlıdır.

O.Gündüzün fikrincə, indiki halda problem daha çox təbiətin bəxş etdiyi və dövlətə məxsus olan bu tezlik resurslarından effektiv istifadədədir: "Düşünürəm ki, daha yaxşı olardı ki, 20 il bundan öncə yaradılan və çox zaman "Generallar Komissiyası" olaraq adlandırılan Nazirlər Kabineti yanında Radiotezliklər üzrə Dövlət Komissiyasının tərkbinə yenidən baxılaydı, bu komissiya tamamilə yenidən qurulaydı, ora heç olmasa MTRŞ-nın, mülki, ictimai, tele-radio sahəsindəki qurumların nümayəndələri də daxil olaydı. Belə olan halda həm efir tezliklərindən, həm də digər mülki tezliklərdən daha effektiv istifadə etmək, məhdud sayda olan tezlik resurslarından istifadədə rəqabətli bir mühit formalaşdırmaq olardı. Büdcənin vəziyyətinin pis olduğu indiki durumda bu dövlət resurslarının istifadəsindən də xeyli vəsait əldə etmək olardı".

Yusif Nəsirli
Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/country/488517.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR