“Tsıqan” ləqəbli azərbaycanlı kriminal avtoritetin şikayəti əsasında məhkəmə başlayır

“Tsıqan” ləqəbli azərbaycanlı kriminal avtoritetin şikayəti əsasında məhkəmə başlayır
16:22 11 Noyabr 2016
81 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı. 11 noyabr. REPORT.AZ/ Rusiyada qətldə təqsirləndirən Elmir Məmmədovun cəzasının Azərbaycan qanunvericiliyinə əsasən tənzimlənməsi barədə qərardan verilən apellyasiya şikayəti üzrə məhkəmənin vaxtı açıqlanıb.
"Report"un məlumatına görə, Bakı Apellyasiya Məhkəməsində keçiriləcək iclas noyabrın 15-nə təyin edilib.
İşə hakim Əmir Babayevin sədrliyi ilə baxılacaq.
Qeyd edək ki, E.Məmmədov Rusiya Federasiyasının Cinayət Məcəlləsi ilə qəsdən adam öldürmə, qanunsuz silah gəzdirmə maddələri ilə ittiham olunub.
O, Rusiyada 21 il müddətinə azadlıqdan məhrum edilib. E.Məmmədov daha sonra Azərbaycana təhvil verilib.
Bakı Ağır Cinayətlər Məhkəməsində onun cəzasının Azərbaycan qanunvericiliyinə əsasən tənzimlənməsi barədə iddia üzrə məhkəmə prosesi keçirilib. Hakim Zeynal Ağayevin sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub. Qərara əsasən, E.Məmmədovun cəzası Azərbaycan qanunvericiliyinə uyğunlaşdırılıb, ona 20 il həbs cəzası verilib. Qərardan narazı qalan məhkum apellyasiya şikayəti verib.
Xatırladaq ki, E.Məmmədov kriminal aləmdə "Tsıqan" (Qaraçı) ləqəbi ilə tanınır.

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR