Azərbaycanda 212577 nəfər şəkərli diabetdir

Azərbaycanda 212577 nəfər şəkərli diabetdir
16:24 11 Noyabr 2016
60 Digər
Ölkə mətbuatı
A- A+

Dünyada hal hazırda 415 milyona yaxın şəkərli diabetlə (ŞD) xəstə insan var. 2040-cı ildə bu say 642 milyon olması ehtimal edilir.

 

Lent.az-ın məlumatına görə, bu haqda akademik Mir Qasımov adına Respublika Klinik Xəstəxanasında bu gün keçirilmiş Beynəlxalq Diabet Gününə həsr edilmiş tədbirdə məlumat verilib.

Bildirilib ki, Azərbaycanda 2016-cı il üçün son hesablamalarına əsasən 212 577 nəfər şəkərli diabetlə xəstə insanın olması rəsmi qeyd edilir. Onlardan tip1 ŞD 28924 nəfər, tip 2 ŞD 183653 nəfərdir.

2016-cı il üçün dövlət büdcəsindən ŞD-lə bağlı dövlət proqramına 40,1 mln. manat vəsait ayrılıb.

 

Qeyd edək ki, dünyada hər 11 nəfərdən biri şəkərli diabetlə xəstədir. 75% ŞD xəstə olan böyük insanlar aşağı və orta gəlirli ölkələrdə yaşayır, qlobal səhiyyə xərclərinin 12% şəkərli diabet xəstəliyinə xərclənir, qlobal səhiyyə xərclərinin 673 milyard ABŞ dolları ŞD-in ağırlaşmalarına xərclənir(onun 12% yaşlı insanlara xərclənib) ŞD tip 2-nin skrininqi xəstəliyin erkən arkarlanmasını, erkən tibbi müdaxiləni, ona görə də fəsadların erkən qarşısının alınmasını təmin edir. Böyüklər arasında tip 2ŞD xəstə olanlardan hər 2 nəfərdən biri öz xəstəliyi haqqında məlumatsızdır. ŞD-lə xəstə olduqlarını bilməyənlər isə ağır fəsadlar əmələ gəldikdən sonra həkimə müraciət edirlər.

 

Tədbirdə qeyd olunub ki, düzgün qidalanma, fiziki aktiv həyat tərzi, pis vərdişlərdən imtina 70% qədər ŞD tip2 ilə xəstələnmənin qarşısını alır. Bu o deməkdir ki, 160 milyona qədər daha az insan ŞD-lə xəstələnəcək.

 

ŞD zamanı ağırlaşmaların vaxtında araşdırılması üçün aparılan skrininqlər xəstəliyin gedişatını yaxşılaşdırır. Diabetin göz, ürək qan-damar, böyrək, sinir sisteminə təsiri nəticəsində ağır problemlər meydana çıxır. Korluq, infarkt miokard, insult, böyrək hemodializi, ayaq amputasiyası erkən əllilliyə və ölümə səbəb olur. Diabeti olan insanlarda ürək qandamar xəstəliyindən və insultdan 2–3 dəfə, korluqdan — 10 dəfə, nefropatiyadan—12-15 dəfə, və s. ölüm halı müşahidə edilə bilər. Şəkərli Diabet ölüm hallarına görə 4-cü yeri tutur. Belə olan halda ancaq erkən diaqnoz və erkən müdaxilə korluğun qarşısını ala bilər. ŞD zamanı ilkin tibbi xidmətin düzgün təşkili bu problemin həllində mühüm rol oynayır. İlkin tibbi xidmət zamanı göz və göz dibi vəziyyətdən asılı olaraq ildə iki dəfə müayinə olunmalıdır.

 

2014-cü ildə Azərbaycanda ilk dəfə olaraq əhali arasında Finlandiya Diabet Assosasiyasının və BDF-nın tövsiyələrinə uyğun formatda skrininq aparıb.  “Erkən aşkarlanma və erkən müdaxilə sağlamlığın qarantıdır”adlı layihə zamanı skrininqin nəticələrinə görə 1028 nəfər müayinə edilib.  Müayinə olunanlar arasından 144 nəfərdə şəkərli diabet diaqnozu ilkin olaraq müəyyən edilib. 154 nəfərdə prediabet, yəni diabet önü vəziyyət, 391 nəfərdə bədən kütləsinin artıqlığı və metobolik pozğunluq aşkar edilib. Onlara REM tərəfindən erkən tibbi xidmət göstərilib.

 

 

 

 


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/259202

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR