SOCAR Gürcüstanda bir neçə mükafata layiq görülüb

SOCAR Gürcüstanda bir neçə mükafata layiq görülüb
16:42 11 Noyabr 2016
Ölkə mətbuatı
A- A+

Bakı.11 noyabr. REPORT.AZ/ Noyabrın 10-da Gürcüstanın paytaxtı Tbilisidə “GeorgianTimes” media holdinqi, eləcə də “GORBİ” ictimai rəy və marketinq şirkəti 17-ci biznes reytinq mükafatlarının təqdim olunması mərasimini keçirib. Bu barədə "Report"a Azərbaycan Dövlət Neft Şirkətindən (SOCAR) bildirilib. 
Məlumata görə, ən yaxşı şirkətlərin və iş adamlarının seçilməsində müstəqil ekspertlər, müəssisə rəhbərləri, iqtisadi mövzuda işləyən jurnalistlər, konsaltinq şirkətləri, qeyri-hökumət təşkilatları, fondlar, sosial tədqiqat xidmətləri iştirak ediblər. “SOCAR Georgia Petroleum” şirkəti “Gürcüstanın dövlət büdcəsinə ən çox vergi ödəyicisi”, “Ən yaxşı yanacaqdoldurma stansiyaları və infrstrukturu olan şirkət”, “Ən böyük işəgötürən” nominasiyalarında milli biznes mükafatına layiq görülüb. “SOCAR Georgia Gas” şirkəti “Ən yaxşı inkişaf strategiyası”, “Ən yaxşı xidmət”, “Ən innovativ şirkət” nominasiyalarında qalib gəlibr. Qara dəniz sahilində yerləşən SOCAR-a məxsus Kulevi terminalı - “Black Sea Terminal” MMC isə “İlin investoru” elan olunub. 
“SOCAR Georgia Petroleum” şirkəti səs çoxluğu ilə müsabiqənin Qran-prisini də qazanıb. 
Mərasimdə parlament üzvləri, hökumət nümayəndələri, iri biznesmenlər, ziyalılar, diplomatlar, yerli və xarici jurnalistlər iştirak ediblər. 

Xəbərin orijinal ünvanı: https://report.az/energetika/socar-gurcustanda-bir-nece-mukafata-layiq-gorulub

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR