Saakaşvili yeni partiya yaradır

Saakaşvili yeni partiya yaradır
17:05 11 Noyabr 2016
35 Dünya
Ölkə mətbuatı
A- A+

Ukraynanın Odessa vilayətinin sabiq qubernatoru Mixeil Saakaşvili "Xvılya" ("Dalğa") adlı yeni partiya yaratmaq istəyir.

Milli.Az azvision.az-a istinadən xəbər verir ki, bu barədə Saakaşvili Rusiyanın "Korrespondent" nəşrinə müsahibəsində deyib.

"Xvılya" növbədənkənar seçkilərin keçirilməsindən asılı olaraq, yaradıla bilər", - deyə sabiq Gürcüstan prezidenti qeyd edib. 

Saakaşvilinin sözlərinə görə, o, bir müddət əvvəl bu barədə prezident Pyotr Poroşenkoya təkliflə müraciət edib: "Biz parlamentə seçkilər keçirməklə hökumətin tərkibini 90 faiz yeniləyə bilərdik. Lakin bu ilin aprelində Arsen Avakovla sövdələşmə baş verdi. Nəticədə Avakov daxili işlər naziri olaraq qaldı".

Milli.Az

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR