Bakıda söyüşə görə dava düşdü

Bakıda söyüşə görə dava düşdü
17:05 11 Noyabr 2016
79 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakıda dostları ilə birlikdə çayxanada əyləşən şəxs söyüş söydüyünə görə döyülüb.

Milli.Az report-a istinadən xəbər verir ki, hadisə Nəsimi rayonu ərazisində baş verib. 

Belə ki, dostları ilə birgə masa arxasında əyləşən 1978-ci il təvəllüdlü Sadıqov Anar Həbib oğlu yüksək səslə söyüş söyüb.

Digər masada olan şəxslərdən biri onun hərəkətinə irad bildirib. Nəticədə tərəflər arasında dava düşüb və A.Sadıqov döyülüb. O, ağır bədən xəsarətləri alıb.

A.Sadıqov 1 saylı Şəhər Kliniki Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/country/488598.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR