ABŞ Dağlıq Qarabağ münaqişəsinin həlli üçün Türkiyə və Rusiya ilə birgə işləyəcək

ABŞ Dağlıq Qarabağ münaqişəsinin həlli üçün Türkiyə və Rusiya ilə birgə işləyəcək
17:12 11 Noyabr 2016
152 Ölkə
Ölkə mətbuatı
A- A+

ABŞ Dağlıq Qarabağ münaqişəsinin həlli üçün Türkiyə və Rusiya ilə çalışmaqda davam edəcək.

Milli.Az bildirir ki, bu sözləri Trend-ə siyasi analitik, Vaşinqtondakı "Gulf State Analytics"-in baş müşaviri Teodor Karasik deyib.

"ABŞ-da digər partiyanın hakimiyyətə gəlməsi çox güman ki, ölkənin siyasi xəttinə böyük dəyişikliklər gətirməyəcək. D.Tramp Cənubi Qafqazla münasibətdə Obamanın son iki ildə yürütdüyü siyasəti davam etdirəcək". T.Karasik son illərdə ABŞ-ın faktiki olaraq regionda liderliyi Moskva və Ankaraya verdiyini bildirib.

Siyasi ekspert Tramp administrasiyasının regionda enerji sahəsində səmərəli razılaşmaların əldə olunmasına çalışacağını deyib.

Milli.Az

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR