Trampdan müsəlmanlara jest - həmin mesajları sildi

Trampdan müsəlmanlara jest - həmin mesajları sildi
17:26 11 Noyabr 2016
398 Şou
Ölkə mətbuatı
A- A+

ABŞ-ın yeni seçilən 45-ci prezidenti Donald Trampın seçkilərdən öncəsi bəzi vədləri rəsmi kampaniya səhifəsindən silinib.

Axşam.az-ın xarici KİV-ə istinadən məlumatına görə, rəsmi açıqlamada vədlərin texniki problemdən dolayı silindiyi deyilib.

Trampın müzakirələrə səbəb olan açıqlamalardan biri də müsəlmanların ABŞ-a girişinə qadağa qoyacağı ilə bağlı vəd idi. Lakin artıq Donald Tramp seçkidən sonra Tvitterdə müsəlmanları təhqir edən mesajlarını da silib.

Qeyd edək ki, təxminən bir il əvvəl Kaliforniyada 14 nəfərin ölümü ilə nətuicələnən terror hadisəsində şübhəlinin radikal müsəlman olduğu açıqlanandan sonra Tramp açıqlama verərək, bütün müsəlmanların müvəqqəti olaraq ABŞ-a girişinin qadağan edilməsini istəmişdi.


Xəbərin orijinal ünvanı: http://axsam.az/?name=xeber&news_id=60948

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR