Fransa prezidentinin Trampla müzakirə edəcəyi məsələlər AÇIQLANDI

Fransa prezidentinin Trampla müzakirə edəcəyi məsələlər AÇIQLANDI
17:27 11 Noyabr 2016
43 Dünya
Ölkə mətbuatı
A- A+

Fransa prezidenti Fransua Olland ABŞ-ın yeni seçilən prezidenti Donald Trampla Ukrayna, Suriya, İraqdakı vəziyyəti, terrorçuluğa qarşı mübarizəni və başqa məsələləri müzakirə edəcək.

Milli.Az report-a istinadən xəbər verir ki, seçkinin səhəri gün Olland Trampa məktub yazaraq ümumi maraqları əhatə edən məsələləri mümkün qədər tez müzakirə etməyi təkilf edib.

"Bizim terrora qarşı mübarizədə mövqeyimiz necə olmalıdır? Avropanın təhlükəsizliyi üçün nə etməliyik? Almaniya kansleri Angela Merkellə Ukraynadakı vəziyyətə dair birlikdə hazırlayıb böhrandan çıxışı yolu tapmaq cəhdimizə sizin mövqeyiniz necədir? İraq və Suriyadakı vəziyyətlə bağlı nə edəcəyik? Əməliyyatı necə keçirəcəyik? Bütün bu kimi suallar müzakirə edilməlidir", - deyə Fransua Olland Fransanın "France2" telekanalına müsahibəsində deyib.

Onun sözlərinə görə, Donald Tramp vəzifəsinin icrasına 2017-ci ilin yanvarından başlayacaq: "ABŞ-la münasibətimiz aydın və aşkar olsun", - deyə Fransa prezidenti bildirib.

Qeyd edək ki, telefon danışığının bu gecə olacağı gözlənilir.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/world/488593.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR