AKP müxalifətlə anlaşdı: Konstitusiya dəyişir

AKP müxalifətlə anlaşdı: Konstitusiya dəyişir
17:32 11 Noyabr 2016
74 Dünya
Ölkə mətbuatı
A- A+

Türkiyənin konstitusiyası dəyişəcək.

Milli.Az azvision.az-a istinadən xəbər verir ki, bunu ölkənin baş naziri Binəli Yıldırım deyib. Onun sözlərinə görə, yeni konstitusiya layihəsinin hazırlanmasında müxalifət partiyası olan Milliyyətçi Hərəkat Partiyası da iştirak edəcək. 

"Uzun zamandan bəri Türkiyənin gündəmində konstitusiya dəyişikliyi var. Konstitusiya dəyişikliyilə yanaşı, hökumət dəyişikliyi, sistem dəyişikliyi də mövcuddur. Hər bir partiya seçkidə söz verir ki, konstitusiyanı dəyişdirəcəyik. Amma təəssüf ki, seçkidən sonra yanımızda kimsəni görmədik. Son günlər hörmətli Dövlət Baxçalı Türkiyənin bu mühüm məsələsinin həlli üçün öz üzərinə məsuliyyət götürdüyünü bildirib. Bu məsələdə inşallah MHP-i ilə birgə yeni konstitusiya hazırlayacağıq".

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/world/488596.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR