Rusiya baş nazirə sui-qəsd cəhdinə görə üzr istədi

Rusiya baş nazirə sui-qəsd cəhdinə görə üzr istədi
17:38 11 Noyabr 2016
67 Dünya
Ölkə mətbuatı
A- A+

Rusiya Federasiyası Təhlükəsizlik Şurasının başçısı Nikolay Patruşev rus millətçilərinin Çernaqoriyada çevriliş cəhdi və ölkənin baş nazirinə sui-qəsd planlarına görə üzr istəyib.

Publika.az xəbər verir ki, bu haqda Serbiya hökumətindəki mənbəyə istinadən “The Guardian” yazıb.

Noyabrın əvvəlində Çernaqoriya prokurorluğu elan edib ki, rus milətçilərinin baş nazir Milo Cukanoviçə sui-qəsdinin qarşısı alınıb. Hakimiyyətin məlumatına görə, həmin qrup ölkə parlamentini hücumla almağa hazırlaşırdı.

“The Guardian” əlavə edir ki, sui-qəsdçilər polis adı altında binaya girməyi planlaşdırırdılar.

Daha əvvəl isə - oktyabrın 16-da Serbiyanın 20 vətəndaşı Çernaqoriyada terror aktlarına hazırlığa görə tutulub. İstintaqın versiyasına görə, onlar müxalifətin mitinqində iştirak edənləri güllələməyə hazırlaşırdılar.

Serbiyanın baş naziri Aleksandr Vuçiç bu informasiyanı təsdiq edib və bildirib ki, ölkənin hüquq-mühafizə orqanları bu planın reallaşdırılmasına cəlb edilmiş “daha bir neçə təhlükəli qrupu” aşkarlayıb.

Rusiyanın “Kommersant” nəşrinin yazdığına görə, vəziyyətə Nikolay Patruşev qarışmalı olub. O, Rusiya-Serbiya münasibətlərində qalmaqalın yaranmamasına çalışıb.

Serbiya hökumətinə yaxın mənbələrə istinadən “Danas” nəşri bildirib ki, Rusiyanın bir neçə vətəndaşı qonşu Çernaqoriyada terror aktlarına hazırlaşdığı üçün Serbiyadan deportasiya edilib.

Ömər Dağlı


Xəbərin orijinal ünvanı: http://publika.az/news/dunya/175581.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR