Namiq Aygün Kazımovaya royal verəcək

Namiq Aygün Kazımovaya royal verəcək
17:47 11 Noyabr 2016
129 Şou
Ölkə mətbuatı
A- A+

Meyxanaçı Namiq Qaraçuxurlu xalq artisti Aygün Kazımovaya royal alacaq. 

Milli.Az axşam.az-a istinadən bildirir ki, sənətçi bu haqda qonaq olduğu "Həyat tərzi" verilişində deyib. 

Aparıcı Lamiyyə Ələkbərqızının "Aygün xanım verilişimizdə olanda dedi ki, royalı sizdədir. Bəlkə Aygün xanıma bir royal al göndər" sözlərinə N.Qaraçuxurlu belə münasibət bildirib:

"Aygün nahaq bu söhbəti efirdə deyib. Ona özüm demişdim ki, royal göndərəcəm. Efirdə deməsi, şou idi, mən də onun qurbanı olmaq istəmirəm. Özünə də demişəm, nə vaxt istəyir, baş üstə, qurbandı. Amma hara göndərəcəyimi bilmirəm. Bilirəm ki, royal ora gedəndə çəkilib göstəriləcək. Xahiş edirəm, bunları şoulaşdırmayın".

N.Qaraçuxurlu 7 aylıq qızı Saradan danışıb:

"Qızımı yoldaşım tərbiyələndirir. Bir ara uşağa çox öyrəşmişdim. Bir səfərim olmuşdu, gördüm gedə bilmirəm, onunla nəfəs alırsan. İndi çalışıram özümü öyrəşdirməyim. Yoxsa səhnədə oxuyan yerdə, yadına düşür, işi atıb getmək istəyirsən".

N.Qaraçuxurlu verilişin qonağı olan aparıcı Könül Muxtarovanın həyat yoldaşı ilə bağlı suallarını cavablandırıb. "Dedilər ki, həyat yoldaşınız Rüfət Axundovun klipində rol alan xanımdır" sözlərinə meyxanaçı "Xeyir, yalandır" cavabını verib.

Qeyd edək ki, N.Qaraçuxurlunun xanımı ilə bağlı məlumat və qarşı tərəfin açıqlaması ilk dəfə saytımızda yer almışdı.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/showbiz/488611.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR