Ramil Usubov: "Azərbaycanda "Hizmət hərəkatı" üzvlərinin aşkarlanması üçün tədbirlər davam etdirilir"

Ramil Usubov: "Azərbaycanda "Hizmət hərəkatı" üzvlərinin aşkarlanması üçün tədbirlər davam etdirilir"
17:52 11 Noyabr 2016
48 Ölkə
Ölkə mətbuatı
A- A+

Daxili işlər naziri Ramil Usubov bu gün Türkiyənin Azərbaycandakı səfiri Erkan Özoralı qəbul edib.

Milli.Az bildirir ki, nazirliyin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, R.Usubov səfiri yeni təyinat münasibətilə təbrik edib, dost, qardaş ölkələrimiz və xalqlarımız arasında əlaqələrin daha da genişləndirilməsi üçün gələcək fəaliyyətində uğurlar arzulayıb.

Əvvəlcə səfirə DİN-in funksiyaları və əsas fəaliyyət istiqamətləri, müstəqilliyin ilk illərində üzləşdiyimiz çətinliklər, keçilən çətin və eyni zamanda, şərəfli yol barədə qısa məlumat verilib. Qeyd olunub ki, yalnız ulu öndər Heydər Əliyevin xalqın təkidli tələbi ilə ali hakimiyyətə qayıdışından sonra onun rəhbərliyi altında cəmiyyət həyatının bütün sahələrində, o cümlədən hüquq-mühafizə sahəsində həyata keçirilən qətiyyətli tədbirlər nəticəsində Azərbaycanda sabitlik, əmin-amanlıq bərpa edilib, kriminogen durum nəzarətə götürülüb.

Daxili işlər naziri ümummilli lider Heydər Əliyevin "bir millət, iki dövlət" adlandırdığı Azərbaycan ilə Türkiyə arasında əlaqələrin hər zaman yüksələn xətlə inkişaf etdiyini, dünən anadan olmasının növbəti ildönümü təntənə ilə qeyd olunan böyük öndər Mustafa Kamal Atatürkün "Azərbaycanın sevinci sevincimiz, kədəri isə kədərimizdir" məşhur ifadəsinin strateji əməkdaşlığın bütün istiqamətlərində özünü göstərdiyini, dövlət rəhbərlərinin siyasi iradəsi və qarşılıqlı səfərləri nəticəsində dost və qardaş ölkələrimiz arasındakı işbirliyinin keyfiyyətcə yeni mərhələyə qədəm qoyduğunu məmnunluqla xatırladıb. Bildirilib ki, bu gün Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi altında ölkəmizin son illərdəki sürətli inkişafını şərtləndirən əsas amillərdən olan dönməz sabitlik yaradılıb.

Hər iki ölkənin dövlət başçılarının əməkdaşlığın bütün sahələrdə ən yüksək səviyyədə inkişafına xüsusi önəm verdiklərini diqqətə çatdıran R.Usubov son illər hər iki ölkənin Daxili İşlər nazirliklərinin cinayətkarlıqla mübarizə, peşə hazırlığı, informasiya və təcrübə mübadiləsi sahələrində əldə etdikləri diqqətəlayiq nəticələr barədə də məlumat verib.

General-polkovnik R.Usubov ölkəmizdə ordu quruculuğunda, o cümlədən DİN Daxili Qoşunlarının formalaşmasında, ən müasir tələblərə cavab verən silahlı birləşməyə çevrilməsində, şəxsi heyətin peşəkarlığının daha da yüksəldilməsində Türkiyə Silahlı Qüvvələri və Jandarm Komandanlığının böyük zəhməti olduğunu xüsusi vurğulayıb və təmənnasız qardaşlıq köməyinə görə minnətdarlığını bildirib.

İyul ayının 15-də baş vermiş dövlət çevrilişi cəhdinə toxunan nazir türk vətəndaşlarının Prezident Rəcəb Tayyib Ərdoğanın ətrafında sıx birləşməklə həmin qəsdin qarşısını qətiyyətlə aldığını, Azərbaycan Prezidentinin və xalqının ilk dəqiqələrdən Türkiyə dövlətinin və xalqının yanında olduğunu, demokratik yolla seçilmiş hakimiyyəti hərtərəfli dəstəklədiyini bir daha məmnunluqla xatırladıb.

Nazir 15 iyul hadisələrindən dərhal sonra müxtəlif sahələrdə və strukturlarda fəaliyyət göstərən "Hizmət hərəkatı"na mənsub şəxslərin aşkarlanması istiqamətində möhtərəm prezidentimizin müvafiq tapşırığına əsasən lazımi tədbirlər görüldüyünü, avqust ayının 12-də cinayət işi başlanıldığını, həmin cinayət işi üzrə Baş Prokurorluğun, Daxili İşlər Nazirliyinin və Dövlət Təhlükəsizliyi Xidmətinin əməkdaşlarından ibarət istintaq-əməliyyat qrupu yaradıldığını, sözügedən istiqamətdə müvafiq tədbirlərin davam etdirildiyini diqqətə çatdırıb.

Problemlərə toxunan R.Usubov transmilli mütəşəkkil cinayətkarlığın beynəlxalq terrorçuluq, narkotiklərin qanunsuz dövriyyəsi, insan alveri və qeyri-qanuni miqrasiya kimi ağır növləri ilə mübarizənin ölkəmizdə də diqqət mərkəzində saxlanıldığını vurğulayıb.

Səfir Erkan Özoral səmimi qəbula, təbrikə və ətraflı məlumata, eyni zamanda, Türkiyədə dövlət çevrilişinə cəhd zamanı dost və qardaş Azərbaycan dövlətinin və xalqının ölkəsinə göstərdiyi dəstəyə görə təşəkkür edib, respublikamızdakı diplomatik fəaliyyəti dövründə ikitərəfli əməkdaşlığın daha da möhkəmlənməsinə öz töhfəsini verəcəyini vurğulayıb.

Dostluq və mehribanlıq şəraitində keçən görüşdə bir sıra digər məsələlər də müzakirə edilib.

Milli.Az

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Ölkə mətbuatında bugün »

Azərbaycan XİN ABŞ Konqresi Nümayəndələr Palatasının üzvlərini "qara siyahı"ya daxil edib

22 Sentyabr 2017 19:05

Metropolitendə yeni dispetçer mərkəzi fəaliyyətə başladı

22 Sentyabr 2017 18:59

XİN: Nalbəndyan yenə də özünü gülünc vəziyyətinə qoyur

22 Sentyabr 2017 18:58

Bakıda qadın voleybolçular arasında Avropa çempionatının açılış mərasimi keçirilib

22 Sentyabr 2017 18:57

Azərbaycan XİN Edvard Nalbəndyanın açıqlamasına münasibət bildirib

22 Sentyabr 2017 18:52

"Həmsədrlərlə masada olan təkliflər əsasında ciddi danışıqlar aparılacaq" - XİN

22 Sentyabr 2017 18:49

FIFA "Ən yaxşı futbolçu" adına 3 namizədi açıqladı

22 Sentyabr 2017 18:47

Ermənilər Ağdamın işğalda olan kəndlərini yenidən yandırdı

22 Sentyabr 2017 18:44

Yeni Zelandiyada deputatlığa azərbaycanlı namizədlə MÜSAHİBƏ: BÖLGƏNİN LİDERİDİR

22 Sentyabr 2017 18:38

Qaxda 42 yaşlı qadın itkin düşüb

22 Sentyabr 2017 18:37

Bu konqresmenlərin adı arzuolunmaz şəxslərin siyahısına salındı - XİN

22 Sentyabr 2017 18:34

Rəhbər işçilərin siyahısında dəyişikliklər edildi

22 Sentyabr 2017 18:33

Azərbaycan XİN: ABŞ Nümayəndələr Palatasının üç üzvünün adı "qara siyahı"ya salınıb

22 Sentyabr 2017 18:27

"Sberbank" Türkiyədəki biznesini satmayacaq

22 Sentyabr 2017 18:27

Türkiyədə gözlənilən iclas başladı

22 Sentyabr 2017 18:27

İlham Əliyev Səudiyyə Ərəbistanının Kralını təbrik edib

22 Sentyabr 2017 18:26

Azərbaycan və Qırğızıstan arasında protokol təsdiqləndi

22 Sentyabr 2017 18:23

Avropa çempionatı: Açılış oyununda Rusiya Ukraynaya qalib gəlib

22 Sentyabr 2017 18:22

Azərbaycan ilə Xorvatiya arasında miqrasiya sahəsində əməkdaşlıq məsələləri müzakirə olunub

22 Sentyabr 2017 18:22

FİFA 2017-ci ilin ən yaxşı futbolçusu adına namizədləri açıqlayıb

22 Sentyabr 2017 18:22

Gömrük xidmətləri arasında protokol təsdiq edildi

22 Sentyabr 2017 18:20

Prezident sərəncam imzaladı

22 Sentyabr 2017 18:18

DİQQƏT: Sazı bu üsulla kökləyin

22 Sentyabr 2017 18:16

Bakıda avtobus sürücüsünü döyən şəxs barəsində həbs qətimkan tədbiri seçilıib

22 Sentyabr 2017 18:12

Ona bir yaxşılıq et

22 Sentyabr 2017 18:07

Zukerberq soruşdu, Peskov cavablandırdı - İNANILMAZ İDDİA

22 Sentyabr 2017 18:03

Saç uzatmaq üçün MASKA

22 Sentyabr 2017 18:03

Azərbaycanın səfiri "Atletiko"nun prezidentinə "Qarabağ"ın formasını hədiyyə edib

22 Sentyabr 2017 18:02

Mingəçevirdə top mərmisi tapılıb

22 Sentyabr 2017 18:02

Prezident İlham Əliyev Səudiyyə Ərəbistanının Kralına təbrik ünvanlayıb

22 Sentyabr 2017 18:02

Neymar PSJ-nin heyətindən kənarlaşdırıldı - ŞOK QƏRAR

22 Sentyabr 2017 17:57

"Il Romanista": "Müharibə içində futbol - Bu da Qarabağ"

22 Sentyabr 2017 17:57

Türkiyə gözəlinin tacı bu sözlərinə görə əlindən alındı - FOTO

22 Sentyabr 2017 17:54

Üzeyir Hacıbəyli ilə bağlı reklam BİABIRÇILIĞINA SON VERİLDİ - VİDEO

22 Sentyabr 2017 17:53

"Technol"un sponsorluğu ilə Bakıda Şahmat Turniri keçiriləcək

22 Sentyabr 2017 17:52

“Roma” klubunun qəzetində “Müharibə içində futbol Bu da Qarabağ” sərlövhəli yazı dərc olunub

22 Sentyabr 2017 17:52

“Ermənistanda fahişəliklə mübarizə zərurətə çevrilib” - Erməni deputat

22 Sentyabr 2017 17:49

Azərbaycanlı müğənni həyat yoldaşı ilə Dubayda konsert verdi - VİDEO

22 Sentyabr 2017 17:48

"Real"da 70 milyon avroluq müqavilə

22 Sentyabr 2017 17:47

Anasını hədəf yerinə qoydu, oxu atdı və...

22 Sentyabr 2017 17:44

Sabiq nazir müavininin qohumunun məhkəməsində şahidlər dindirilib

22 Sentyabr 2017 17:42

Əsl ana YAP-ın üzvü olmalıdır

22 Sentyabr 2017 17:38

Kənd təsərrüfatı naziri Salyanda vətəndaşlarla görüşüb

22 Sentyabr 2017 17:37

Prokuror qayınanasını bıçaqlayan şəxsə cəza istəyib

22 Sentyabr 2017 17:37

Bu qadına ana demək olarmı?!

22 Sentyabr 2017 17:37

2017-ci ilin birinci yarısında kiberhücumlardan dəymiş zərərin həcmi məlum olub

22 Sentyabr 2017 17:35

İspaniya Kataloniyaya ordu yeritdi

22 Sentyabr 2017 17:33

Gürcüstan Voleybol Federasiyasının prezidenti Azərbaycana təşəkkür edib

22 Sentyabr 2017 17:32

Təmizləyici vasitənin reklamı dayandırıldı

22 Sentyabr 2017 17:31

Azərbaycanda keçmiş bələdiyyə sədri həbsdə öldü

22 Sentyabr 2017 17:29