Tramp Ərdoğanı təriflədi: "Qızım sizi sevir"

Tramp Ərdoğanı təriflədi: "Qızım sizi sevir"
18:05 11 Noyabr 2016
162 Dünya
Ölkə mətbuatı
A- A+

Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğanla ABŞ-ın yeni seçilmişı prezidenti Donald Tramp arasındakı telefon danışıqlarının detalları yayılıb.

Milli.Az publika.az-a istinadən bildirir ki, danışığın çox səmimi və müsbət keçdiyi deyilir.

Tramp Ərdoğana "sizə çox böyük hörmətim var" deyə bildirib: "Ölkəniz üçün çox yaxşı işlər həyata keçirmişiniz. İvanka (Trampın qızı) da yanımdadır, bağlantını o qurdu. Sizin böyük tərəfdarınız və heyranınızdır. Sizi sevir".

Telefon söhbətində İŞİD, FETÖ lideri Fətullah Gülən, PYD və Mosul məsələsi müzakirə edilib, liderlər bu məsələlərdə qarşılıqlı əməkdaşlığın vacibliyini vurğulayıblar.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/world/488629.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR