Şahzadə ilə görüşmək üçün çəkilişləri təxirə saldı

Şahzadə ilə görüşmək üçün çəkilişləri təxirə saldı
18:41 11 Noyabr 2016
Ölkə mətbuatı
A- A+

Amerikalı aktrisa Meqan Markl sevgilisi şahzadə Harri ilə görüşmək üçün serialdakı çəkilişlərini təxirə salıb.

Axşam.az-ın xarici KİV-ə istinadən məlumatına görə, o, Harrini görmək üçün ABŞ-dan Londona uçub. Serialın rəhbərinə "təxirəsalınmaz işlərim var" deyərək Kensinqton sarayına gedən Meqan burada özünə vəkil də tutmaq fikrindədir. Belə ki, son zamanlar şahzadə ilə görüşdüyü üçün diqqət mərkəzində olan aktrisa onun haqqında yanlış yazanları məhkəməyə vermək niyyətindədir.

Qeyd edək ki, çərşənbə axşamı şahzadə Harri Meqan ilə arasında sevgi münasibətinin olduğunu rəsmən elan edib.

32 yaşlı şahzadə, nəinki, 35 yaşlı amerikalı aktrisaya vurulub, hətta, onu öz ailəsi ilə tanış da edib və onunla evlənmək fikrindədir. Kral iqamətgahının tez-tez qonağı olan Meqan şahzadənin ailəsinin rəğbətini qazana bilib.

Xatırladaq ki, aktrisa Meqan Markl əvvəllər nikahda olub. 2011-ci ildə o, film prodüseri Trevor Engelsona ərə gedib. Bu nikah iki il davam edib.

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR