Ronaldo əsəbiləşdi: "İkinci mənim kimi futbolçu olmayacaq"

Ronaldo əsəbiləşdi: "İkinci mənim kimi futbolçu olmayacaq"
18:42 11 Noyabr 2016
225 İdman
Ölkə mətbuatı
A- A+

Madridin "Real" klubunun futbolçusu maraqlı açıqlama verib. Qafqazinfo xəbər verir ki, "Marca"ya danışan 31 yaşlı hücumçu hər kəsi təəccübləndirib.

O bildirib ki, futbolda Kristianu Ronaldo səviyyəsində ikinci futbolçu heç vaxt olmayacaq: "Futbolda ikinci Kristianu Ronaldo olmayacaq və ola da bilməz. Əlbəttə, gələcəkdə özlərinə xas olan hərəkətləri ilə seçilən ulduzlar olacaq. Ancaq onların heç biri mənim səviyyəmdə ola bilməyəcək".

Qeyd edək ki, portuqaliyalı futbol ulduzu bu günlərdə "Real"la 5 illik yeni müqavilə imzalayıb.

Milli.Az

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR