Mədəniyyət və Turizm Nazirliyinin Əsasnaməsində dəyişiklik edildi

Mədəniyyət və Turizm Nazirliyinin Əsasnaməsində dəyişiklik edildi
18:47 11 Noyabr 2016
106 Ölkə
Ölkə mətbuatı
A- A+

Prezident İlham Əliyev Azərbaycan Prezidentinin 2006-cı il 18 aprel tarixli 393 nömrəli fərmanı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi haqqında Əsasnamə"də dəyişiklik edilməsi barədə fərman imzalayıb.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, fərmana əsasən, "Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi haqqında Əsasnamə"nin 8.25-1-ci bəndi ləğv edilir.

Qeyd edək ki, Əsasnamənin 8-ci maddəsinin (Nazirlik bu Əsasnamə ilə müəyyən edilmiş fəaliyyət istiqamətlərinə uyğun olaraq aşağıdakı vəzifələri yerinə yetirir:) həmin bəndində deyilirdi:

"8.25-1. turistlər üçün elektron viza almaq hüququ olan Azərbaycan Respublikasında fəaliyyət göstərən turizm şirkətlərini akkreditasiyadan keçirmək;"

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/society/488641.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR