82 yaşlı şair öldü

82 yaşlı şair öldü
19:01 11 Noyabr 2016
66 Şou
Ölkə mətbuatı
A- A+

Kanadalı məşhur yazıçı, şair və bəstəkar Leonard Koen 82 yaşında dünyasını dəyişib.

Axşam.az-ın xarici KİV-ə istinadən məlumatına görə, sənətkarın "Facebook" hesabında: “Dərin bir kədər ilə əfsanəvi şair, bəstəkar və sənətçi Koenin vəfat etdiyini bildiririk. Musiqi dünyasının ən hörmətli və məhsuldar sənətçilərindən birini itirdik” , - cümlələri qeyd olunub.

Leonard Koenin ölüm səbəbi haqqında isə məlumat verilməyib.

Xatırladaq ki, Leonard Norman Koen 21 Sentyabr 1934-cü ildə Kanadada, Montrealda dünyaya gəlib. Yazar, şair, və musiqiçi kimi tanınan Koen ilk şeir kitabını 1956-cı ildə, ilk romanını isə 1963-cü ildə nəşr etdirib. Koen Avropa pop musiqisinə söykənən ilk işlərinin ardından, din, təklik, cinsəllik və insanlararası əlaqələr kimi mövzular da işləyirdi. Kanadanın şərəf medalı sahibi olan Leonard 2008-ci ildə “Rock and Roll Hall of Fame”də adını ən güclü mahnı müəllifləri sırasına yazdırıb. Qremmi mükafatı laureatıdır.


Xəbərin orijinal ünvanı: http://axsam.az/?name=xeber&news_id=60953

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR