"Nobel"li yazıçı Trampa görə ABŞ-ı tərk edir

"Nobel"li yazıçı Trampa görə ABŞ-ı tərk edir
19:37 11 Noyabr 2016
95 Dünya
Ölkə mətbuatı
A- A+

"Nobel" mükafatlı nigeriyalı yazıçı Vole Şoyinka Donald Tramp ABŞ prezidenti seçildiyi üçün ölkəni tərk edəcək.

Milli.Az-ın qafqazinfo-ya istinadən verdiyi məlumata görə, 82 yaşlı yazıçı ABŞ-ı 2017-ci il yanvarın 20-də, D.Trampın inauqurasiya mərasimi günü tərk edəcək.

Qeyd edək ki, Nyu-Yorkda yaşayan və Nyu-York Universitetinin Afrika-ABŞ əlaqələri fakültəsində çalışan V. Şoyinka ötən həftə Oksford Universitetində çıxış edərkən Tramp qələbə qazandığı təqdirdə Yaşıl Kartını kəsib atacağını və ölkədən ayrılacağını bəyan edib.

"Vaguard" qəzetinin xəbərinə görə, məşhur vəkil Kayode Ajulo bildirib ki, Amerika qanunlarına görə, Yaşıl Karta ziyan vermək yazıçıya problem yarada bilər: "Vole Şoyinka ölkəni tərk etməkdə azaddır. Lakin karta zərər vermək məcburiyyətində deyil. O, qanunlara uyğun olaraq kartı lazımi orqanlara təhvil verməlidir".

Milli.Az

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR